Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu ilə Rusiya Milli kitabxanası arasında saziş imzalanacaq


Fevralın 2-də Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının (RMK) yeni binasında Heydər Əliyev Fondu ilə RMK arasında mədəni əməkdaşlıq haqqında saziş imzalanacaqdır.

AZƏRTAC RMK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, sazişi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Zaytsev imzalayacaqlar.

İmzalanma mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Sankt-Peterburq hökumətinin üzvləri və Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər. Mərasimdə Fondun nəşr etdirdiyi kitablar RMK-ya hədiyyə ediləcək, “RMK fondlarında saxlanılan inqilabdan əvvəlki və müasir Azərbaycan ədəbiyyatı” kitab sərgisinin açılışı olacaqdır.


Xalq qəzeti.- 2008.- 26 yanvar.- № 18.- S. 5.