Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşmüşdür
Aprelin 8-də “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı Belçika Parlamentinin fəxri prezidentini Bakıda görməkdən şad olduğunu bildirmişdir.
Dəvətə görə Azərbaycanın birinci xanımına təşəkkürünü bildirən A.Marie Lizin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Xalq qəzeti.- 2011.- 9 aprel.- № 74.- S. 3.