Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli ilə görüşmüşdür
Oktyabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Zurab Tsereteli ilə görüşmüşdür.
Görüşdə UNESCO-nun xoşməramlı səfirlərinin fəaliyyəti müzakirə edilmişdir.
AZƏRTAC
2012, 4 oktyabr