Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda yeni məktəb binası inşa edilir


Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının ikinci mərhələsində Beyləqan rayonunun Əmirzeyidli kəndində 200 yerlik məktəb binası inşa ediləcəkdir. Növbəti dərs ilində istifadəyə veriləcək məktəb binasının layihə-smeta sənədləri hazırdır.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, ötən il Heydər Əliyev Fondunun vəsaiti hesabına Soltanbud kəndində 200 yerlik, Mil qəsəbəsində 240 yerlik məktub binaları tikilib istifadəyə verilmişdir.

Beyləqanlılar təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri. Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


Xalq qəzeti.- 2006.- 30 iyun.- № 143.- S. 5.