Dahi sənətkar, bənzərsiz mahnı ustası Rəşid Behbudovun xatirə gecəsi
Azərbaycan Prezidenti Heydər Əliyev gecədə iştirak etmişdir
Oktyabrın 13-də Respublika sarayında dahi sənətkar, bənzərsiz mahnı ustası, SSRİ xalq artisti Rəşid Beybudovun xatirə gecəsi keçirilmişdir.
Azərbaycan prezidenti Heydər Əliyev gecədə iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını gurultulu alqışlarla qarşıladılar.
Mehriban Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” tərəfindən təşkil olunmuş gecə “Arşın mal alan” filmindən kadrların nümayişi ilə başlandı, Rəşid Behbudovun ifasında Əsgərin ariyası – Üzeyir Hacıbəyovun ölməz musiqisi səsləndi.
SSRİ xalq artisti Müslüm Maqomayev gecəni açaraq dedi:
- Hörmətli Azərbaycan Respublikasının prezidenti, əziz Heydər Əlirza oğlu!
Əziz dostlar! Xanımlar və cənablar!
Biz bu gün buraya Azərbaycanın dahi müğənnisi Rəşid Məcid oğlu Behbudovu xatırlamaq və ona dərin ehtiramımızı ifadə onun bütün fəxri adlarını, bütün etmək üçün toplaşmışıq. Mən mükafatlarını sadalayardım, lakin sadəcə, Rəşid Behbudov demək kifayətdir – bunun özü ən yüksək addır. Mən lap uşaqlıqdan onun pərəstişkarı olmuşam və elə o vaxtdan da ona bənzəməyə çalışmışam. Necə iləər ötmüş, Azərbaycanda çoxlu gözəl müğənnilər, gənc istedadlar meydana gəlmişdir, ikinci Behbudov isə, təəssüf ki, hələ yoxdur.
Mən dahi Rəşid Behbudova həsr edilmiş bu nurlu bayramı açmaq şərəfinə nail olduğum üçün qürur hissi keçirirəm. Gözəl müğənni, Rəşid Behbudovun qızı, gözəl Rəşidə xanımı məmnuniyyətlə səhnəyə dəvət edirəm.
Pərdə qalxdı və tamaşaçılarının gözü önündə ifaçılıq sənəti korifeyinin yaratdığı və onun adını daşıyan Mahnı Teatrının salonunu əks etdirən gözəl dekorasiya canlandı. Müğənninin qızı Rəşidə Behbudova atasının xatirəsinə həsr olunmuş mahnısını etdi.
Rəşidə Behbudoba daha sonra Azərbaycan prezidenti Heydər Əliyevə təşəkkür edərək dedi:
- Çox hörmətli cənab prezident, əziz Heydər Əlirza oğlu!
Əziz qonaqlar!
Möhtərəm tamaşaçılar!
Mən bu gözəl gecəyə görə Sizə təşəkkür etmək istəyirəm. Atamla sədaqətli dostluğunuza görə, onun üçün etdiyiniz bütün yaxşılıqlara görə, ona olan dəstəyinizə görə, səmimi və insani münasibətinizə görə çox sağ olun demək istəyirəm. Siz onu yaradıcılığında da, həyatda da dəstəkləyirdiniz. Biz bunların hamısını xatırlayırıq. İnanın, atama etdiyiniz bütün yaxşılıqlar xatirimizdə əbədi olaraq qalacaqdır. Mən deməyə söz tapa bilmirəm. Çox sağ olun.
Rəşidə xanım Ramiz Mirişlinin şair Fikrət Qocanın sözlərinə bastələdiyi “Rəşidin nəğmələri” mahnısını da ifa etdi.
Sonra Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycanın əməkdar artistləri, Rəşid Behbudov adına Mahnı Teatrının solistləri Gülyaz və Gülyanaq Məmmədovaların, respublikanın xalq artisti Xuraman Qasımovanın, beynəlxalq müsabiqə laureatı Samir Cəfərovun ifasında Rəşid Behbudovun repertuarından mahnılar səsləndi.
Gecənin qonağı, Rusiya Federasiyasının xalq artisti Lev Leşşenko çıxış edərək dedi:
- Axşamınız xeyir, əziz dostlar! Sizi sap-sağlam və firavan görmək çox xoşdur. Bu gün sizin şanlı əməkçilər şəhəri olan Bakıda, Azərbaycanda olmaq mənim üçün çox fərəhlidir. Bu gün burada, deyərdim ki, təkcə sizin yox, həm də bizim böyük müğənnimiz Rəşid Beybudovun xatirə gecəsində çıxış etmək mənim üçün hədsiz şərəfdir. Mən onun mahnılarını indiyədək xatırlayıram, bu mahnılar qəlbimdə daim səslənir. Onun nurlu sənəti, onun xalqının incəsənəti unudulmazdır və heç vaxt unudulmuyacaqdır.
Çox sağ olun, sizə xoşbəxtlik arzulayıram və Moskvadan atəşin salam yetirirəm.
Gecədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Rəşid Behbudova Sosialist Əməyi Qəhrəmanının Qızıl ulduzunu təqdim etməsini göstərən sənədli kadrlar da nümayiş etdirildi.
* * *
Sonra Türkiyənin “Raks Holdinq” şirkətinin baş əlaqələndiricisi Sertan Ayhana söz verildi. O dedi:
- Azərbaycan Respublikasının hörmətli prezidenti cənab Heydər Əliyev!
Çox dəyərli qonaqlar, başımızın tacı, gözümüzün nuru, qiymətli sənətçilərimiz, müğənnilərimiz!
Türkiyənin və dünyanın ən böyük şirkətlərindən biri olan “Raks Holdinq” adından hamınıza hörmət və ehtiramımı bildirməkdən böyük məmnunluq və şərəf duyuram. Dünyada məşhur, yüz illərdən bir yetişən böyük müğənni, sənətinin hər sahəsində hünərini göstərmiş Rəşid Behbudovun 85-ci ildönümü anma gecəsində sizlərlə bir yerdə olmaqdan sonsuz sevinc hissi keçirirəm.
Hər ölkənin sənətçiləri, qəhrəmanları, yazarları vardır. Amma bunların çoxu zaman çatdıqdan əbədiyyətə qovuşarlar və zaman içində də unudulub gedərlər. Ancaq Rəşid Behbudov üçün bunları söyləmək mümkün deyildir. Rəşid Behbudov sönməz ulduz kimi dünya var olduqca yaşayacaq. Azərbaycanın sönməz ulduzu olmaqda davam edəcəkdir.
Rəşid Behbudov kimi sənətçilər, bayaq dediyim kimi, yüz ildən bir yetişir. Ancaq bunların oxuduqları mahnıları dünyanın başqa ölkələrindəki xalqlara çatdırmaq hamımızın borcu olmalıdır. Çünki bununla ölkələrin misilsiz xəzinələrini, mədəni dəyərlərini, nə qədər zəngin mədəniyyətə sahib olduqlarını başqa ölkələrə anlatmaq imkanı yaratmış oluruq.
Hörmətli prezidentimizə üç il əvvəl söz verdiyim kimi, Azərbaycanın gəldi-gedər dəyərlərini deyil, yüz illər boyu yaşayacaq mədəni dəyərlərini dünyanın başqa ölkələrinə də tanıtmaq məqsədi ilə gördüyümüz işlərin bu gün ilk bəhrəsini yaşayırıq.
Yüzlərlə əsərin içindən seçdiyimiz Rəşid Behbudovun əsərlərini bu gün dünyanın ən yüksək texnoloji imkanlardan istifadə edərək, müasir tələblərə cavab verən 12 albomdan ibarət böyük bir əsər yaratdıq. Məqsədimiz odur ki, bu əsərləri Amerikadan Yaponiyaya qədər dünyanın inkişaf etmiş bütün ölkələrində də tanıdaq, həmin ölkələrdəki insanların Azərbaycanla mədəni əlaqələrinin güclənməsinə nail olaq. Üç illik fəaliyyət, gecəli-gündüzlü çalışma nəticəsində bunları ərsəyə gətirdik. Bütün bunlara görə, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun dəyərli rəhbəri Mehriban xanıma, Kamil bəyə, Rəşidə xanıma və studiyamızda çalışan bütün həmkarlarıma təşəkkür edirəm, hörmət və ehtiramımı bildirirəm. Dəyərli müğənni Rəşid Behbudovun əsərlərini yenidən gün işığına çıxarıb, dünya üzündə günəş kimi parlamasını təmin edəcək bir “brilyant” yaratdıq. Bayaq dediyim kimi, bu brilyant 12 albomdan, yüzlərlə mahnıdan ibarətdir.
Hörmətli prezidentim!
Sizə bu dəyərli və qiymətli albomu təqdim etməkdən böyük fərəh və qürur duyuram. Eyni zamanda Sizə başqa bir hədiyyəm da vardır. Bu gün dünyada müasir texnologiyanı mənimsəyən şirkətimiz başqa sahələrdə fəaliyyət göstərən fabriklərimiz tərəfindən hazırlanmış, üzərində Azərbaycan bayrağının da yer aldığı, ölkələrimiz arasında keçmişdə var olub, ədəbiyyətə qədər davam edəcək dostluğumuzun simvolu olan hədiyyəni də Sizə təqdim etmək istəyirəm. Xahiş edirəm, bunları qəbul edəsiniz. Təşəkkür edirəm.
(Cənab Sertan Ayhan xatirə hədiyyələrini Azərbaycan prezidenti Heydər Əliyevə təqdim etdi).
* * *
Azərbaycan Prezidenti Heydər Əliyev xatirə gecəsində nitq söylədi.
Xatirə gecəsində respublikanın xalq artisti Alim Qasımovun, xalq artistləri Fidan və Xuraman Qasımovaların ifasında mahnılar səsləndi. SSRİ xalq artisti Müslim Maqomayev və Tamara Sinyavskaya Müslim Maqomayevin xalq şairi Nəbi Xəzrinin şerinə bəstələdiyi “Azərbaycan” mahnısını ifa etdilər.
Axırda xatirə gecəsinin iştirakçıları səhnəyə gələrək dahi sənətkar Rəşid Behbudovun şəkli önünə gül dəstələri düzdülər.
Xatirə gecəsi başa çatdıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev səhnə arxasına gələrək, incəsənət xadimləri və tədbirin təşkilatçıları ilə səmimiyyətlə görüşdü.
Prezident Heydər Əliyev onlara uğurlu çıxışlarına görə dərin təşəkkürünü bildirdi və dedi:
- Çox gözəl çıxış etdiniz. Ümumiyyətlə, bugünkü gecə Rəşidin xatirəsinə layiq bir xatirə gecəsidir. Bilirəm ki, bunu bir müddətdir hazırlayırdınız. Onun xatirəsinə layiqli bir töhfədir. Mən hiss etdim ki, hər biriniz çox ürəkdən, səmimi qəlbdən bu xatirə gecəsini keçirməyə çalışdınız.
Rəşid Behbudov nadir bir şəxsiyyət idi. Onun haqqında hamı – siz də, mən də danışdıq. Amma eyni zamanda, sizin hər biriniz də çox böyük şəxsiyyətsiniz. Zaman gələcək, vaxt gələcək, - Allah etsin ki, hələ bu, çox uzun vaxtdan sonra olsun, - sizin haqqınızda xatirə gecələri keçirələcəkdir. Amma bizim haqqımızda yox. Mən bu gün oradakı çıxışımda dedim, adətən, ən böyük bir ixtira edən alimi bəlka də dünyada çoxları tanımır. Amma incəsənət xadimlərini, mədəniyyət xadimlərini hamı tanıyır. Mən bir daha sizə təşəkkür edirəm.
SSRİ xalq artisti Müslüm Maqomayev və Tamara Sinyavskaya onlara göstərdiyi diqqət və qayğıya, yaradıcılıqlarına verdiyi yüksək qiymətə görə Preziden Heydər Əliyevə incəsənət ustaları adından minnətdarlıqlarını bildirdilər.
* * *
Azərbaycan Prezidenti Heydər Əliyev dahi sənətkar Rəşid Behbudovun ailə üzvləri və incəsənət ustaları ilə xatirə şəkli çəkdirdi.
* * *
Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin və baş nazirin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri xatirə gecəsində olmuşlar.
Azərbaycan.- 2001.- 16 oktyabr.- № 237.- S. 3-4.