Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Milli Olimpiya Komitəsində Azərbaycan Gimnastika Federasiyasının seçki konfransı keçirilmişdir. Nazir Əbülfəz Qarayev, idman veteranları konfransda çıxış edərək, federasiyanın fəaliyyətinin canlandırılmasının və vaxtilə beynəlxalq yarışlarda xeyli mükafatlar qazanmış Azərbaycan gimnastlarının keçmiş şöhrətini dirçəltməyin zəruriliyini vurğulamışlar.
Ölkənin ictimai həyatında böyük təcrübəyə malik olması və federasiya üzvlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, "Azərbaycan Mədəniyyətinin dostları Fondu"nun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
Mehriban xanım Əliyeva ona göstərdikləri etimada görə federasiya üzvlərinə öz minnətdarlığını bildirmiş və konfrans iştirakçılarını əmin etmişdir ki, ölkəmizdə idmanın bu növünün inkişafı üçün səylərini əsirgəməyəcəkdir.
http://www.mehriban-aliyeva.org/
2004, 7 oktyabr