Çap etmək   ⁞     ⁞   Fond haqqında

Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 2 məktəb binası istifadəyə verilmişdir


Keçən il Goranboy rayonunda üç məktəb binasını tikdirən Heydər Əliyev fondu bu il daha iki kənddə - Goranlı və döyüş bölgəsində yerləşən Qaşaltı Qaraqoyunlu kəndlərinin hər birində 250 yerlik məktəb binaları inşa etdirərək, pedaqoji kollektivlərin ixtiyarına vermişdir. Bu münasibətlə keçirilən mərasimlərdə çıxış edən kənd sakinləri və pedaqoji kollektivlərin üzvləri Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun Xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və qeyd etmişlər kı. Hər iki kənddə 40-cı illərdə inşa edilən və indiyədək bir dəfə də olsun əsaslı təmir olunmayan köhnə məktəb bınaları müəllim və şagirdlərin həyatı uçun əsil təhlükəyə çevrilmişdi. Budur, artıq həmin həyəcanlı anlar arxada qalmışdır. Heydər Əliyev Fondu həmin kəndlərin sakinlərinin arzusunu həyata keçirərək müasir istilik sistemi, idman zalı, müxtəlif fənn və kompüter otaqları ilə təchiz edilmiş ikimərtəbəli məktəb binalarını qısa vaxt ərzində - cəmi iki aya inşa etdirərək onların ixtiyarına vermişdir.

Hər iki məktəbin açılış mərasimində çıxış edən respublikanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Milli Məclisin deputatları Gültəkin Hacıyeva və Qüdrət Həsənquliyev. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da təkmılləşdırılərək həyata keçirilən təhsil islahatlarının uğurlarından və gündən-günə inkişaf edən müstəqil respublikamızın qazandığı nailiyyətlərdən danışmışlar.

Gənc heydərçilər tədbir iştirakçılarını salamladıqdan sonra rəmzi qırmızı lent kəsilmiş və mərasimlərin iştirakçıları yeni təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmuşlar.


Xalq qəzeti.- 2006.- 16 sentyabr.- № 210.- S. 5.