Heydər Əliyev Fondunun yeni layihəsi - “Hərəmiz bir ağac əkək”
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.
Zaqatala rayonu
Heydər Əliyev Fondunun prezidenti, YÜNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanan və respublikamızın bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qarşılanan “Hərəmiz bir ağac əkək!” aksiyasına Zaqatala rayonunun sakinləri də yüksək mütəşəkkilliklə qoşulmuşlar.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun bu nəcib təşəbbüsünü böyük razılıq hissi ilə qarşılayan zaqatalalılar aprelin 6-da keçirilən növbəti ümumrayon iməciliyində də yüksək fəallıq göstər¬mişlər. Həmin gün şəhərin Heydər Əliyev prospektində, Fikrət Əmirov küçəsində, ulu öndərin adını daşıyan parkda və Dədə Qorqud meydanında, habelə Zaqatala-Balakən avtomagistral yolunun kənarında, şəhər ərazisində Tala çayı hövzəsində, qəsəbə və kəndlərdə 10 mindən çox müxtəlif növ ağac əkilmiş,
Balakən rayonu ilə sərhəd ərazidə, Katex çayı hövzəsində yeni yaşıllıq zolağı salınmışdır. Ümumiyyətlə, ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya başlanandan indiyədək rayon ərazisində 25 mindən çox müxtəlif növ ağac və dekorativ gül kolları əkilmiş, küçə, park və xiyabanlarda geniş abadlıq və səliqə-sahman işi aparılmışdır.
Rayonda yaşıllaşdırma tədbirləri davam edir.
Salyan rayonu
Rayon icra hakimiyyətindən verilən məlumata görə, keçirilən iməciliklərdə indiyədək Salyan şəhərində, habelə avtomobil yollarının kənarlarında 8 mindən çox müxtəlif növ ağac və bir-neçə min bəzək kolu əkilmiş, küçə və meydanlarda, inzibati binaların həyətlərində abadlıq və səliqə-sahman işləri aparılmışdır.
Salyan Olimpiya idman Kompleksi qarşısında iməcilik keçirən idmançılar, gənclər də xeyli ting, gül-çiçək kolları əkərək xeyirxah kampaniyaya öz töhfələrini vermişlər.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə başlanan “Hərəmiz bir ağac əkək!” aksiyası Salyanın kəndlərində də böyük rəğbətlə qarşılanmışdır. Rayonun ayrı-ayrı əmək kollektivləri, ziyalılar, ümumtəhsil məktəblərinin şagirdləri, kənd sakinləri Heydər Əliyev Fondunun bu xeyirxah təşəbbüsünə həvəslə qoşulmuş, yüzlərlə ting əkmişlər.
Təkcə Qızılağac kəndində 4 min yeni ağac əkilmiş, suvarma arxları təmizlənib bərpa olunmuşdur.
Rayonda yaşıllaşdırma işlərinin aprelin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Neftçilərin fəallığı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bütün strukturları da Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” təşəbbüsünə qoşulmuşdur. Nizami Rayon İcra Hakimiyyəti ilə birlikdə Bəhruz Nuriyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsinə qədər uzunluğu 1 kilometr, eni 10-15 metr olan bir ərazini əhatə edən sahədə yaşıllaşdırma və abadlıq işləri aparılmış, bundan başqa, yol boyu işıqlandırma sistemləri təmir olunmuş, ağac-əhənglənmişdir. Keçirilən tədbirdə ARDNŞ-nin, demək olar ki, bütün idarə və müəssisələrinin işçiləri, xüsusilə gənclər fəal iştirak etmişdilər.
Aprelin 7-də Sosial İnkişaf idarəsinin kollektivi Bakı şəhərınin müxtəlif rayonlarında, həmçinin Lənkəran şəhərində də geniş yaşıllaşdırma kampaniyası həyata keçirmişdir. Təkcə Bakının Əzizbəyov rayonunun uallahı qəsəbəsində 1000-ə yaxın, ümumilikdə isə 2500-dən artıq şam və sərv ağacları əkilmişdir. Zuğulbadakı reabilitasiya mərkəzinin, mərkəzi neftçilər xəstəxanasının, Lənkəran müalicə-diaqnostika mərkəzinin, idarənin nəzdində fəaliyyət göstərən uşaq bağçalarının ərazilərində də yaşıllaşdırma tədbirləri aparılacaqdır.
“Azəmeftyağ” neft emalı zavodunun 1500-ə qədər işçisi iməcilik keçirərək S. Əhmədov küçəsində uzunluğu 1 kilometr, eni 10 metr sahədə 500 həmişəyaşıl ağac əkmişdir.
Neftayıranlar zavodun həyətində də xeyli ağac əkmiş, budama işləri aparmış, səliqə-sahman yaratmışlar.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə
Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvləri də Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə qoşularaq aprelin 7-də Bayıl yamacındakı böyük bir ərazidə ağaclar əkmişlər.
İməcilikdə YAP idarə heyətinin üzvləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri iştirak etmişlər. Partiyanın Bakı şəhərindəki rayon təşkilatlarının nümayəndələri, ali məktəblərdə təhsil alan YAP üzvləri də böyük həvəslə yaşıllaşdırma işinə qoşulmuşlar.
YAP mərkəzi aparatının təşkilatçılığı ilə keçirilən bu tədbirdə mindən artıq müxtəlif növ həmişəyaşıl ting torpağa basdırılmış, ərazidəki ağacların dibləri yumşaldılmış, budama, suvarma işləri aparılmışdır.
Məlumat verilmişdir ki, partiyanın yerli strukturları da “Hərəmiz biz ağac əkək!” layihəsində fəal iştirak edirlər.
Nizami adına Mədəniyyət və İstirahət Parkında iməcilik
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” devizi ilə həyata keçirdiyi layihəyə Mədəniyyət və Turizm Nazirliyinin kollektivi də qoşulmuşdur.
Aprelin 7-də nazirliyin 100-dək əməkdaşı bu xeyirxah aksiyada iştirak etmiş, Nizami adına Mədəniyyət və İstirahət Parkında nazirliyin işçiləri minədək sərv ağacı əkmiş, istirahət guşəsində təmizik-abadlıq işləri aparmışlar.
Nazir Əbülfəs Qarayev bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu nəcib aksiyanı nazirliyin əmək- daşlan böyük razılıq hissi ilə qarşılamışlar. Ölkədə parkların, istirahət guşələrinin yenidən bərpa olunması hazırda gündəmdə olan vacib məsələlərdəndir və bu yaxınlarda həmin obyektlərdə genişmiqyaslı abadlıq, yenidənqurma işlərinin başlanması üçün nazirlikdə respublika müşavirəsi keçiriləcəkdir.
Laçınlılar da xeyirxah təşəbbüsə qoşulmuşlar
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan “Hərəmiz bir ağac əkək!” aksiyasında laçınlılar da yüksək mütəşəkkilliklə iştirak edirlər.
Rayon icra hakimiyyətindən verilən məluma görə, doğma yurd-yuvasından uzaq düşən laçınlıların ən sıx məskunlaşdığı Ağcabədi rayonundakı Taxta-körpü qəsəbəsində elliklə iməcilik keçirilmişdir. 7 minə qədər çinar, şam, küknar, iydə, albalı, ərik, köyrüş tingləri əkilmiş, 500 metr uzunluğunda suvarma kanalı çəkilmişdir. Qəsəbə sakinləri yol kənarlarında, inzibatı binanın qarşısında da tinglər əkmişlər.
Rayon sakini, məşədi İlham Məhərrəmov demişdir: Azərbaycanın birinci xanımının şəxsi təşəbbüsü ilə indiyədək respublikamızın bütün guşələrində 200-ə qədər məktəb tikilmiş, 29 uşaq evi, internat məktəbi əsaslı təmir olunmuş, 6 minə yaxın xəstənin müayinə və müalicəsinə yardım edilmiş, digər xeyirxah, nəcib layihə həyata keçirilmişdir. Ağac əkmək, yaşıllıq salmaq Qurani-Kərimdə də, Məhəmməd Peyğəmbərimizin hədislərində də savab əməl hesab olunub. Yaşıllıq-ekoloji mühitin yaxşılaşması, təmiz hava, təmiz su, bərəkətli torpaq deməkdir. Mehriban xanım bu təşəbbüsü, çağırışı ilə təkcə özünə yox, dünyadan köçənlərinə də, elə bu xeyirli işə qoşulanlara da savab qazandırıb. Allah onun da, Azərbaycan Prezidentinin də canını sağ eləsin, işləri avand olsun!
Gədəbəy rayonu
Dağ rayonunun sakinləri də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsünə ruh yüksəkliyi ilə qoşulmuşlar.
Aprelin 6-da rayon mərkəzində keçirilən iməcilikdə dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, ayrı-ayrı kollektivlər, təhsil, səhiyyə müəssisələri xüsusi fəallıq göstərmişlər. Onlar 2500 ağac əkmiş, park və xiyabanlarda təmizlik-abadlıq işləri aparmış, qurumuş budaqlan kəsərək kənara daşımışlar.
Havaların soyuq keçməsi, bu bölgədə ağac əkini üçün əlverişli iqlim şəraiti kampaniyanın mayın sonunadək davam etməsinə şərait yaradır. Ona görə də ağac əkiləcək sahələr müəyyən edilir, hazırlıq işləri görülür, tinglər tədarük olunur.
Bir neçə hektar sahədə meşə bərpası işləri də həyata keçiriləcəkdir.
Səbail rayonu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək!” layihəsi Səbail rayonunda da rəğbətlə qarşılanmış, bütün qəsəbələrdə, yaşayış massivlərində iməciliklər keçirilmiş, yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya çərçivəsində aprelin 7-də Badamdar və Bibiheybət qəsəbələrində, “Dostluq parkında”, “Gülüstan” sarayının yaxınlığında,
Bayıl yamacında keçirilən iməciliklərdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, Qarabağ müharibəsi veteranları böyük həvəslə iştirak etmişlər.
Rayon ərazisində minlərlə ağac, bəzək kolu əkilmişdir. Əkində relyefə uyğun olan küknar, Eldar şamı, çinar və digər növ tinglərdən istifadə olunmuşdur.
Aksiya bu ayın axırınadək davam etdiriləcəkdir.
Sərhədçilər də ağac əkmişlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsinə Dövlət Sərhəd Xidməti (DSX) də qoşulmuşdur.
Bu münasibətlə aprelin 7-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun iştirakı ilə DSX-nin Səngəçaldakı “N” saylı hərbi hissəsinin ətrafında təqribən 25 hektar sahədə 25 min həmişəyaşıl ağac əkilmişdir.
DSX-nin rəisi Elçin Quliyev bildirmişdir ki, bu təşəbbüs hazırda respublika ərazisində çox uğurla davam etdirilir, qurumun əməkdaşları da bu təşəbbüsə razılıq hissi ilə qoşulmuşdur. Ümumilikdə aprelin sonunadək Dövlət Sərhəd Xidmətinin sərhəd zolaqlarında 150 minədək ağac əkiləcəkdir.
Kampaniyada iştirak edən əməkdaşlar üçün sahədə nahar süfrəsi də açılmışdı.
E. Quliyev hərbi hissədə aparılan təmir işləri ilə də maraqlanmış, tövsiyələrini vermişdir.
Ağdaş rayonu
Ata-babalarımızın nəcib, savab və xeyirxah adət-ənənələrindən biri də ağac əkmək, yaşıllıq salmaqdır. Bu adət-ənənəni davam etdirən nəsillər bu gün də yaşadıqları ərazilərdə, işlədikləri idarə və müəssisələrin həyət¬lərində, eləcə də boş və istifadəsiz yerlərdə ağac əkərək təbiətə yaşıl don biçirlər. Yaşıllıq həm də ekoloji mühiti saflaşdırır, təmiz havanın, sağlamlığın ilkin rəhnidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac əkək!” təşəbbüsünü ağdaşlılar həm də məhz bu yüksək insani keyfiyyətin ifadəsi kimi qarşılamışlar.
Bu yaz mövsümündə nəcib təşəbbüsə qoşulan rayon sakinləri müxtəlif ərazilərdə 20 mindən çox ağac və bəzək kolu əkib suvarmışlar.
Aprelin 7-də isə daha böyük kütləvi iməciliyə çıxan 2 mindən çox ağdaşlı Bakı-Qazax yolunun rayondan keçən hissəsinin 6 hektar sahəsində işləmişdir. İməcilikdə iştirak edən rayonun bütün idarə, müəssisə, firma, cəmiyyət və şirkətlərinin işçiləri 600 metr uzunluğunda olan 10 cərgəyə ağac əkərək suvarmışlar. İməcilikdə rayon təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Dövlət Pensiya Fondunun, Ağdaş şəhər bələdiyyəsinin, Türyançay Suvarma İdarəsinin kollektivləri xüsusi ilə fərqlənmişlər.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, “Hərəmiz bir ağac əkək!” təşəbbüsünə qoşulan fərdi təsərrüfat sahibləri də yaşadıqları evlərin həyətlərində, bağ və tərəvəz sahələrində ailə üzvlərinin sayı qədər ağac əkmişlər. Bu gün rayonda əkilən ağaclar sabah inkişaf edəcək, Ağdaşı yaşıllığa bürüyəcəkdir.
Əkiblər xeyrin görmüşük, biz də əkək ki gələcək nəsillər bu ənənəni davam etdirsinlər, - bunu isə yaşıdları ilə birlikdə ağacəkmə kampaniyasında iştirak edən rayonun sayılan ağsaqqallarından biri, 75 yaşlı Şahmərdan Məmmədov demişdir.
Gənclərin töhfəsi
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanmış “Hərəmiz bir ağac əkək!” aksiyasına “Bi¬zim Gənclik” İctimai Birliyinin (İB) üzvləri də böyük həvəslə qoşulmuşlar.
İB-in İOO-dən çox könüllüsü aprelin 7-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində, Bakı-Quba magistral yolunun ətrafındakı 2 hektar ərazidə 10 minə yaxın müxtəlif növ ağac əkmişlər.
Aksiyaya qoşulan gənclər torpaqlarımızın yaşıl diyara çevrilməsinə, insanların sağlamlığına, təbiətin mühafizəsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirmiş və aprelin 8-də də ağacəkmə kampaniyasını davam etdirəcəklərini bildirmişlər.
Gənclərin çağırışına könüllü qoşulanların sırasında BMT-nin Azərbaycan nümayəndəliyinin bir qrup əməkdaşı da vardı.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya nəticəsində respublikamızın ərazisində on minlərlə ağacın əkildiyini bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Musa Şəkiliyev bu işin davam etdiriləcəyini demişdir. Qeyd edək ki, Qərb Universitetinin də 100-ə yaxın tələbə və müəllimi bu nəcib təşəbbüsə qoşularaq həmin ərazidə ağac əkmişdir. Onlar aprelin sonunadək davam edəcək kampaniya çərçivəsində hər həftənin şənbə günü iməcilik keçirmək fikrində olduqlarını söyləmişlər.
Xatırladaq ki, xeyirxah təşəbbüs nəticəsində əkilən bu ağaclar bir neçə il sonra həm də Bakı-Quba yolu ilə paytaxta və əks istiqamətə yol alan hər bir sərnişin üçün yaxşı kölgəlik, istirahət yeri olacaqdır.
Binəqədi rayonu
Rayon icra hakimiyyətindən verilən məlumata görə. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək!” layihəsi respublikamızın hər yerində olduğu kimi, Binəqədidə də rəğbətlə qarşılanmış, bütün qəsəbələrdə, yaşayış massivlərində iməciliklər keçirilmiş, yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya çərçivəsində aprelin 7-də Bakı-Şamaxı magistral avtomobil yolunun Sulutəpə qəsəbəsindən keçən hissəsinin hər iki kənarında, Naxçıvan küçəsində, 8 və 9-cu mikrorayonların ərazisində mindən çox ağac əkilmişdir.
Qəsəbələrdə, park və xiyabanlarda da yaşıllaşdırma, abadlıq tədbirləri aparılmışdır. Keçirilən iməciliklərdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, gənclər həvəslə iştirak etmişlər.
Yaz mövsümü başlanandan rayon ərazisində 10 minədək ağac və bəzək kolu əkilmişdir. Əkində ən çox həmişəyaşıl küknar tinglərindən istifadə olunmuşdur.
Xalq qəzeti.- 2007.- 8 aprel.- № 73.- S. 4.