Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

ABŞ Hərbi Hava Qüvvələrinin orkestri Bakıda


İyulun 4-də bakılılar qeyri-adi hadisənin şahidi olmuşlar. ABŞ Hərbi Hava Qüvvələri orkestrinin “Rezera cokereyşin” caz-pop qrupu ilk dəfə olaraq Bakıda Nizami adına meydanda çıxış etmişlər. Həmin qrup Respublikamızın paytaxtına ABŞ-ın ölkəmizdəki səfirliyinin və Azərbaycanın Dostları Fondunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının milli bayramının – İstiqlaliyyət gününün qeyd edilməsində iştirak etmək üçün gəlmişdir.

Musiqiçilərin çıxışından əvvəl Amerikanın Bakıdakı səfiri Riçard Kozlariç meydana toplaşmış şəhər sakinlərini salamlayaraq orkestr barədə məlumat verdi.

Konsertin sonunda qrupun ifasında Azərbaycanın və Birləşmiş Ştatların Dövlət himnləri səsləndi. Azərbaycan Müdafiə Nazirliyi orkestr xidmətinin rəisi polkovnik Yusif Axundzadə gözəl ifaçılığına görə Amerika musiqiçilərinə təşəkkür etdi və onlara Azərbaycan Dövlət himninin partiturasını bağışladı.


Azərbaycan.- 1996.- 5 iyul.- № 127.- S. 1.