Bakıda bədii gimnastika üzrə Dünya kuboku mərhələ yarışının təntənəli açılışı olub
Aprelin 23-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kuboku mərhələ yarışının təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Kompleksə toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşıladılar.
Yarışda Azərbaycan idmançıları ilə bərabər, dünyanın daha 22 ölkəsinin - Almaniya, Türkiyə, Belarus, Bolqarıstan, Rusiya, İspaniya, Gürcüstan, İtaliya, Çexiya, Estoniya, Finlandiya, İsrail, Polşa, Özbəkistan, Macarıstan, CAR, Qazaxıstan, Yunanıstan, Yaponiya, Hindistan, Portuqaliya və İsveçin 47 gimnastı iştirak edir.
Ölkəmiz bu yarışda 5 gimnastla təmsil olunur. Komandamızın lideri, Afina Olimpiadasına lisenziya qazanmış Dinara Gimatova ilə birlikdə Anna Qurbanova, Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay da mübarizə aparırlar.
http://www.mehriban-aliyeva.org/
2004, 23 aprel