Çap etmək   ⁞     ⁞   Fond haqqında

M. Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasında hemodializ bölməsi açılmışdır


Avqustun 2-də Bakıdakı M. Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasında hemodializ bölməsinin açılışı olmuşdur

Səhiyyə nazirinin müavini Sənan Kərimov mərasimdə bildirmişdir ki, Almaniyanın "Frezerius" şirkətinin istehsalı olan 7 hemodializ aparatmı xəstəxanaya Heydər Əliyev Fondu hədiyyə etmişdir. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 42 xəstənin əzablarını yüngülləşdirəcəkdir. O, səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Hazırda Azərbaycanda hemodializə ehtiyacı olan təxminən 600 xəstə qeydiyyatdadır ki, bunların da 450 nəfərindən çoxu pulsuz müalicə olunur, qalanları isə növbə gözləyirlər.


Xalq qəzeti.- 2006.- 3 avqust.- № 172.- S. 2.