Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova ilə görüşmüşdür


Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyeva oktyabrın 7-də "İsr Plaza" mehmanxanasında Bolqarıstan Respublikası Prezidentinin xanımı Zorka Pırvanova ilə görüşmüşdür.

Xüsusi səmimilik şəraitində keçən görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərindən söhbət getdi, mədəni əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Mehriban xanım Əliyeva və xanım Zorka Pırvanova mehmanxananın eyvanından Azərbaycan paytaxtının gözəl mənzərəsini seyr etdilər.

Azərbaycan Prezidentinin xanımı hörmətli qonağa Bakının qədim mədəniyyət abidələri, yeni müasir tikililəri, ölkəmizdə aparılan quruculuq işləri barədə məlumat verdi.

Görüşdən sonra Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova və onu müşayiət edən qonaqlar Nizami meydanını və Azərbaycan paytaxtının digər görməli yerlərini gəzdilər.


AzərTAc
2004, 7 oktyabr