Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Göyçayda internat məktəbində olmuşdur


Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyulun 7-də, dövlətimizin başçısının Göyçay rayonuna səfəri çərçivəsində Göyçay şəhərindəki internat məktəbdə olmuşdur.

Ehtiramla, xüsusi hörmətlə qarşılanan Mehriban Əliyevaya rəhbərlik etdiyi fondun uşaq evlərinə, internatlara göstərdiyi qayğıya görə ürəkdən gələn xoş sözlər deyildi.

Heydər Əliyev Fondunun prezidenti məktəblə tanış oldu. Mehriban xanım otaqlarda döşəmələrin təzələnməsinə, istilik sisteminin yaradılmasına, avadanlıqla təchiz olunmasına yaxından kömək göstəriləcəyini bildirdi. İnternat məktəbdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri ilə də görüşən YUNESKO-nun xoşməramlı səfiri onların problemləri ilə də yaxından maraqlandı.


Xalq qəzeti.- 2005.- 9 iyul.- № 156.- S. 3.