Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 96,7% səs toplayaraq deputat seçilib
2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva seçicilərin 96,7% (38 029 səs) səsini toplayaraq deputat seçilib.
Qeyd edək ki, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23 106 səs) və 94,49% (31 797 səs) səs toplayaraq deputat seçilmişdi.
http://heydar-aliyev-foundation.org/
2015, 2 noyabr