Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun Gürcüstana hədiyyəsi

Borçalıdan kənarda da Azərbaycan dili tədris olunacaq


Gürcüstanın Şida Kartli (Orta Kartli) bölgəsində azərbaycanlılar yaşayan kəndlərdəki (Msxetanın Sixisdziri, Msxaldidi, Tsododreti, Kas-pinin Ferma, Çanqulari, Ağayani, Mikelskaro, Sakadaqlarıo, Xidisquri, Qorinin Tedosınında, Zezman, Karlen rayonun Kvenatkotsa və Aqara kəndləri) məktəblərin hamısı gürcü dillidir.

APA-nın məlumatına görə, Kaspi rayonunun Ferma kənd orta məktəbinin direktoru Data Potolaşvili və kənd məclisinin sədri Şaxəli İsmayılovun təşəbbüsü ilə şənbə günləri Ferma kənd məktəbində təhsil alan soydaşlarımıza Azərbaycan dili dərsinin keçilməsi barədə razılıq əldə olunub. Bu kənddəki vəziyyət barədə İngiltərə qəzetlərinin birində yazısı dərc olunandan sonra Amerikadan Devid Qrehem adlı şəxs həmin kənd sakinlərindən birinin, Sevil Əlləzqızının 9-cu sinfədək, sonra isə kollecdə təhsil haqqının ödənilməsini boynuna götürdüyünü bildirib və ona bilgisayar göndərib. İngiltərənin qeyri-hökumət təşkilatlarından biri də şagirdin xərcini öhdəsinə götürüb. Hələlik şənbə dərslərinə 18 şagird toplanıb. R. Əliyeva əmindir ki, gələcəkdə Azərbaycan dili və ədəbiyyatı ilə maraqlanan şagirdlərin sayı artacaq.

Azərbaycan Respublikasının Gürcüstan səfirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Ferma kəndinə gedərək məktəbin kollektivi ilə görüşüb və şənbə məktəbi şagirdlərinin hər birinə Heydər Əliyev Fondu adından Gürcüstandakı Azərbaycan dilli məktəblərin şagirdlərinə göndərilən hədiyyələri, içində dərs ləvazimatları olan çantaları və 20 ədəd əlifba kitabını təqdim edib.


Paritet.- 2005.- 1-2 noyabr.- № 123.- S. 8.