Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva gənclərin dostu seçildi


Dünən "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının təşəbbüsü ilə 2010-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı 2010-cu ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətindən danışaraq, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraiti qeyd edib.

Bildirilib ki, 2010-cu ildə dövlətin müxtəlif strukturları tərəfindən aşağıdakı istiqamətlər üzrə bütün zəruri addımlar atılıb: Gənclərin Azərbaycan xalqının tarixinə, dəyərlərinə hörmət ruhunda formalaşması; Gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin minimuma endirilməsi; İstedadlı gənclərin aşkar edilməsi və potensiallarının inkişaf etdirilməsi və s. Millət vəkilləri - Mehriban Əliyeva, Bahar Muradova, Fəttah Heydərov, Aydın Mirzəzadə, Eldar İbrahimov, Cavid Qurbanov, Çingiz Əsədullayev, Jalə Əliyeva, Hüseynbala Mirələmov, İsa Həbibbəyli, Cavanşir Paşazadə gənclərin dostu adına layiq görülüb.


Azad

Həftə içi.- 2010.- 29 dekabr.- № 237.- S. 1.