YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfəri başa çatmışdır
AzərTAc xəbər verir ki, mayın 16-da YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfəri başa çatmışdır.
Hava limanında jurnalistlərə qısa müsahibəsində Koişiro Matsuura demişdir: “Azərbaycana bütün səfərlərim uğurlu olmuşdur. Bakıda “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransın yüksək səviyyədə keçirilməsinə və mənim üçün maraqlı və unudulmaz səfər proqramı təşkil etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.
Heydər Əliyev adına beynəlxalq hava limanında YUNESKO-nun baş direktorunu, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferialı, İslandiyanın sabiq prezidenti xanım Viqdos Finnboqadottiri təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər yola saldılar.
Xalq qəzeti.- 2008.- 17 may.- № 106.- S. 2.