Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olan uşaqları sevindirmişdir


Heydər Əliyev Fondu Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olan uşaqları sevindirmişdir.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

AzərTAc xəbər verir ki, bu dəfə də fond öz missiyasına sadiq qalaraq uşaq evlərinin sakinlərinə bol sevinc bəxş etmişdir. Uşaq evlərinin 100 azyaşlı sakini bu dəfə "Meqafan" əyləncə mərkəzinin qonağı olmuşdur.

Əyləncə mərkəzində azyaşlılar ən maraqlı və qeyri-adi attraksionlarda oynamışlar. Nahar yeməyində isə onlara ləziz təamlar təqdim edilmişdir. "Meqafan"da keçən bu xoş saatlar uzun müddət balacaların yaddaşında qalacaqdır.


Azərbaycan.- 2013.- 24 dekabr.- № 284.- S. 4.