Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Gimnastika Federasiyasının yeni prezidenti seçildi


Milli Olimpiya Komitəsində Azərbaycan Gimnastika Federasiyasının seçki konfransı keçirildi. AzərTAc-nın müxbirinə Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətində xəbər verildiyi kimi, konfransda çıxış edən nazir Əbülfəz Qarayev, idman veteranları federasiya fəaliyyətinin aktivləşmə və Azərbaycan gimnastika idmançılarının beynəlxalq yarışlarda yüksək mükafat qazanması şöhrətinin bərpa olunması zəruriyyətini qeyd etdilər.

Ölkənin ictimai həyatında böyük təcrübəsini və federasiya üzvlərinin bir çox müraciətlərini nəzərə alaraq gimnastika federasiyasının prezidenti “Azərbaycan Mədəniyyətinin Dostları fondu”nun prezidenti Mehriban Əliyeva seçildi.

Konfransda çıxış edən Mehriban Əliyeva federasiya üzvlərinə öz təşəkkürünü bildirdi və iştirakçıları inandırdı ki, həmin idman növünün inkişafı üçün əlindən gələni edəcəkdir.


AzərTAc
2002, 12 oktyabr