Azərbaycanın və Polşanın birinci xanımlarının birgə lançı
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində Prezident Lex Kaçinskinin xanımı Mariya Kaçinskinin adından Mehriban xanım Əliyevanın şərəfinə lanç verilmişdir.
Lançdan sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva fəxri qonaqlar kitabını imzaladı.
AzərTAc
2008, 26 fevral