Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində görülən işlər yüksək qiymətləndirilir
Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana – yeni məktəb” layihəsi çərçivəsində 185 nömrəli məktəb təmir olunmuş, futbol və basketbol meydançaları tikilmişdir. Müasir səviyyədə aparılan yenidənqurma işləri nəticəsində qəsəbənin elektrik enerjisi ilə təminatı gücləndirilmiş, yarımstansiya inşa edilmişdir. Qəsəbədə 608 nömrəlik yeni ATS binası və əlavə nömrələr, eləcə də 2 poçt şöbəsi istifadəyə verilmiş, su problemi həllini tapmışdır. Giriş və qəsəbədaxili yollara asfalt döşənmiş, avtobus dayanacaqları tikilmiş, şəhərdən qəsəbəyə yeni marşrut xətti açılmışdır. Yol kənarlarında 1200 ağac əkilmiş və müasir işıqlandırma sistemi, mərkəzi meydanda bankomat quraşdırılmışdır. Xidmət sahələrinin səviyyəsini yüksəltmək məqsədi ilə ticarət və iaşə obyektləri yeniləşdirilmişdir. Görülən bütün işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan.- 2008.- 11 oktyabr.- № 226.- S. 2.
