Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adından Pakistan Prezidentinin xanımı Sehba Müşərrəfin şərəfinə nahar verilmişdir
İyulun 9-da Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adından Pakistan Prezidentinin xanımı Sehba Müşərrəfin şərəfinə nahar verilmişdir.
Səmimilik şəraitində keçən nahar zamanı dövlət başçılarının xanımları müxtəlif məsələlər ətrafında fikir mübadiləsi etdilər. Mehriban xanım Əliyeva Azərbaycanda aparılan qadın siyasətinin uğurları ilə bağlı çoxsaylı faktlar və misallar gətirdi.
Pakistan Prezidentinin xanımı Azərbaycanda onlara göstərilən yüksək qonaqpərvərlikdən son dərəcə məmnun olduğunu bildirdi.
Dövlət başçılarının xanımları iki ölkənin qadın təşkilatları arasında əlaqələrin genişləndirilməsi perspektivlərini də müzakirə etdilər.
AzərTAc
2004, 9 iyul