Məktəb Heydər Əliyev Fondunun hesabına yenidən qurulur
Mərdəkan qəsəbəsindəki 2 saylı internat məktəbi Heydər Əliyev Fondunun vəsaiti hesabına yenidən qurulur.
Yetim və valideyn himayəsindən məhrum olmuş 301 şagirdin təlim-tərbiyə aldığı internatda təmir işlərinə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu məktəbə səfərindən sonra və onun təşəbbüsü ilə başlanılıb.
Qısa vaxtda artıq 3 yataq korpusunun 1.800 və akt zalının 200 kvadratmetrlik dam örtüyü təzələnib. 1000 kvadratmetrlik yeməkxana və camaşırxanada isə yenidənqurma işləri başa çatmaq üzrədir. Bunlardan əlavə, internatın istilik, elektrik və kanalizasiya xətləri, habelə qazanxananın dam örtüyü dəyişdirilir, idman meydançaları, manejlər yenidən qurulur, həyəti asfaltlaşdırılır.
Azərbaycan.- 2005.- 30 mart.- № 70.- S. 3.