Qazaxda yeni məktəb binaları inşa edilir
Bu il Heydər Əiiyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivə-sində Qazax rayonunun Fərəhli kən-dində 100, Dəmirçilər kəndində isə 200 şagird yeri olan yeni məktəb binaları tikiləcəkdir.
Xatırladaq ki, ötən il Fondun təşəbbüsü ilə rayonun Hüseynbəyli və Aşağı Salahlı kəndlərinin hər birində 400 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.
Proqram çərçivəsində Ağdaşda yeni məktəb binaları inşa olunur
Bu il Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının ikinci mərhələsi çərçivəsində Ağdaş rayonunun Qəribli kənd orta məktəbi üçün 240 şagird yeri olan yeni bina tikiləcəkdir.
Qeyd edək ki, 2005-ci ildə proqram çərçivəsində rayonun Pirkəkə kəndində 200 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Respublika.- 2006.- 14 iyun.- № 130.- S. 6.