Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinnoyanis ilə görüşmüşdür


AzərTAc xəbər verir ki, sentyabrın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Dünya gənclərinin IV məşğulluq Sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olan YUNESKO-nun xoşməramlı səfiri, Yunanıstanın Uşaq və Ailə Fondu qeyri-hökumət təşkilatının prezidenti Marianna Vardinnoyanis ilə görüşmüşdür.


AzərTAc
2008, 24 avqust