Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi növbəti humanitar tədbir də minnətdarlıq duyğuları ilə qarşılanmışdır
Heydər Əliyev Fondu səhiyyə sahəsində daha bir humanitar aksiya həya-ta keçirmiş, qeydiyyatda olan 100 nəfər 2-ci qrup şəkərli diabet xəstəsinin hər birinə bir illik müalicə üçün nəzərdə tutulmuş 1200 qutu diabeton preparatı alıb hədiyyə etmişdir. Bu münasibətlə avqustun 3-də Səhiyyə Nazirliyində mərasim keçirilmişdir.
Səhiyyə nazirinin müavini Sənan Kərimov mərasimdə bildirmişdir ki, Azərbaycan Prezidenti ilham Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsü ilə hazırda Bakının 25 tibb müəssisəsində əsaslı təmir-yenidənqurma işləri aparılır, bir o qədər də yeni səhiyyə obyekti inşa edilir. Son vaxtlar ölkəmizdə tibb xidmətinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı 5 proqram işlənib hazırlanmış və onların artıq bir neçəsinin icrasına başlanmışdır. Hey-dər Əliyev Fondunun bu isti-qamətdə həyata keçirdiyi layihələrdən ətraflı danışan nazir müavini, bugünkü tədbirin əhəmiyyətini də yüksək qiymətləndirərək demişlər ki, dərmanların kəşfi, tədqiqi, istehsalı sahəsində dünyada ikinci ən böyük, tanınmış müəssisə olan Fransanın "Servye" şirkətində hazırlanmış preparatlar şəkərli xəstələrimizə, onların ailələrinə, doğma və əzizlərinə Heydər Əliyev Fondunun əvəzsiz hədiyyəsidir. Ötən gün Almaniyanın "Frezerius" şirkətinin istehsalı olan 7 hemodializ aparatı da fond tərəfindən
Bakıdakı M. Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstə-xanasına hədiyyə edilmişdir. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 42 xəstənin əzablarını yüngülləşdirəcəkdir. Hazırda Azərbaycanda hemodializə ehtiyacı olan təxminən 600 xəstə qeydiyyatdadır ki, bun-ların da 450 nəfərindən çoxu pulsuz müalicə alır.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial, mədəniyyət, təhsil, idman və digər sahələrdə bir sıra çox mühüm layihələri reallaşdıran Fondun əhalinin sağlamlığının qorunub saxlanması, tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, xəstələrin müalicə və müayinəsi, konkret insanların respublikamızda və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirilən genişmiqyaslı proqram layihələrindən, tədbirlərdən danışmışdır. Bu layihələrin nəinki ölkəmizdə, bir sıra nüfuz-lu beynəlxalq qurumlarda, xarici ölkələrdə böyük maraq doğurduğunu, hazırda İtaliya və Fransanın daha bir neçə tanınmış fondu ilə humanitar əlaqələr yaradıldığını bildirən A. Ələkbərov, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri çərçivəsində Bakı-da diaqnostika və talassemiya mərkəzlərinin inşasının hər iki xəstəliyin profilaktikası və müalicəsində mühüm rol oynayacağını vurğulamışdır.
Anar Ələkbərov bugünkü təqdimat mərasimində iştirak edən şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrin nümayəndələrini Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından salamlayaraq onlara Allahdan şəfa arzulamışdır.
Tədbirdə çıxış edən xarici humanitar təşkilatların, tibb müəssisələrinin təmsilçiləri, şəkərli xəstələr göstərdiyi xeyirxah qayğıya, daimi köməyə görə Mehriban xanıma sonsuz razılıq və minnətdarlıqlarını bildirmişlər.
Sonra adlı siyahı üzrə 100 nəfər şəkərli diabet xəstəsinin hər birinə bir illik müalicə üçün nəzərdə tutulmuş 1200 qutu diabeton preparatı paylanmışdır.
Xalq qəzeti.- 2006.- 4 avqust.- № 173.- S. 4.