Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd Azərbaycana gəlmişdir


AzərTAc xəbər verir ki, oktyabrın 31-də Qətər Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd Azərbaycana səfərə gəlmişdir.

Azərbaycanın və Qətərin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qarşıladı.

Hava limanının ali qonaqlar üçün salonunda Azərbaycanın və Qətərin birinci xanımları arasında qısa protokol söhbəti oldu.

Xanım Şeyxa Moza bint Nasir əl-Misnəd Bakıda keçiriləcək “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” beynəlxalq təşəbbüs, nəsillərarası yüksək səviyyəli konfransda iştirak edəcəkdir.


AzərTAc
2007, 31 oktyabr