Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 2006-cı ildə Biləsuvarda daha iki yeni məktəb tikiləcəkdir. Rayonun İsmətli kəndində 240, Biləsuvar şəhərində isə 1 saylı orta məktəb üçün 200 yerlik tədris korpusları inşa edilərək yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir.
Hər iki obyektin layihə-smeta sənədləri hazırlanmış, icraçı təşkilatlar tender yolu ilə müəyyənləşdirilmişdir. Tezliklə inşaat işlərinə başlanacaqdır.
Yeni tikinti sahələrində 60 nəfərin işlə təmin edilməsi nəzərdə tutulmuşdur.
Xalq qəzeti.- 2006.- 24 may.- № 114.- S. 5.