Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olmuşlar


Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyeva və Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova oktyabrın 8-də Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olmuşlar. Xanım Pırvanova ümummilli liderimiz Heydər Əliyevin buradakı abidəsi önünə gül qoydu.

Tədris Kompleksində dərs prosesi ilə tanışlıq zamanı xanım Zorka Pırvanova Azərbaycanda bütün sahələr kimi, təhsilin də dünya standartları səviyyəsinə yüksəldiyinin şahidi oldu. Hörmətli qonaq kompüter, linqafon kabinetləri, sinif otaqlarının müasir texniki təchizatı ilə maraqla tanış oldu. Sonra məktəbin kiçikyaşlı şagirdləri maraqlı bədii proqram nümayiş etdirdilər.

Məktəbdəki müasir idman qurğuları ölkəmizdə gənc nəslin fiziki tərbiyəsinə yüksək diqqət yetirildiyinin nümunəsi kimi yadda qaldı. Kompleksin nəzdindəki uşaq bağçasında yaradılmış şəraitlə tanışlıq da xoş təəssürat doğurdu.

Məktəblə tanışlıqdan xatirə olaraq xanım Zorka Pırvanovaya hədiyyə təqdim edildi.


AzərTAc
2004, 8 oktyabr