Gürcü məktəblərinin dərslik problemi yoxdur
Heydər Əliyev Fondunun vəsaiti hesabına Azərbaycanda fəaliyyət göstərən 12 gürcü məktəbi üçün dərsliklər nəşr edilir. "Pedaqogika" nəşriyyatında çapdan çıxmış "Əlifba" dərsliyi özünün yüksək bədii tərtibatı və məzmunu ilə uşaqlarla birlikdə, valideynləri, müəllimləri də razı salmışdır.
Yaxın günlərdə "Riyaziyyat" və "Həyat bilgisi" kitabları da işıq üzü görəcək.
Zaqatala-Qax bölgəsində yaşayan gürcülər bu xeyirxah qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Xalq qəzeti.- 2005.- 4 sentyabr.- № 205.- S. 2.