Çap etmək   ⁞     ⁞   Fond haqqında

Gürcü məktəbləri üçün dərsliklər hazırlanıb


Azərbaycanda fəaliyyət göstərən 12 gürcü məktəbi üçün dərsliklərin hazırlanması işi artıq yekunlaşmaq üzrədir. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə “Pedaqogika” nəşriyyatı gürcü məktəbliləri üçün “Əlifba” (“Dadiyena”) dərsliyinin ilk nüsxələrini çap edib.

Bundan başqa fond birinci siniflər üçün nəzərdə tutulan "Həyat bilgisi" və "Riyaziyyat” dərsliklərinin çapına yardım göstərir ("Olaylar"). Gürcüstanda yaşayan soydaşlarımızın dərsliklə təminatı isə hələlik həllini tapmayıb. Gürcü tərəfi öz nəşriyyatları tərəfindən çap olunmayan dərsliklərlə bağlı sifarişi yaxın günlərdə Təhsil Nazirliyinə göndərəcəyini bildirib.


Üç nöqtə.- 2005.- 31 avqust.- № 166.- S. 5.