Heydər Əliyev Fondunun yeni nailiyyətləri
Saatlı
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əhmədbəyli kənd orta məktəbi üçün yeni bina tikilmişdir. Məktəbin tikintisinə j 2005-ci ilin mayında başlanmış və həmin il də istifadəyə verilmişdir. Məktəb binası 11 sinif, direktor, müəllimlər otağı və bufetdən ibarətdir. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb müasir avadanlıq və ləvazimatlarla təmin edilmişdir. Belə ki, məktəbə 200 şagird stulu, 100 parta, 17 kitab şkafı, 20 müəllim stolu, 30 müəllim stulu, 11 yazı taxtası və 11 ədəd asılqan alınmışdır. Ümumilikdə məktəbin tikintisinə 127 min 600 manat vəsait xərclənmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildə rayonun Kamallı kəndində yeni məktəbin tikintisinə başlanacaq.
Qusar
2005-ci ildə Qusar rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bir neçə məktəb binası inşa olunub. Rayonun Xudat və İmamqulukənd kəndlərinin hər birində 240 şagirdlik, Gündüzqala kəndində isə 200 yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Həmin məktəblərin hər birinə təzə parta və stullar düzülmüş, sinif otaqlarında yazı lövhələri asılmış, müəllimlərin stol və stulları təzələnmiş, yeni asılqan və şkaflar qoyulmuşdur.
Samux
2004-2006-cı illərdə rayonun İnstitut qəsəbə və Nəbiağalı qəsəbə 2 nömrəli, Sərkar, Çobanabdallı kənd orta məktəbləri, Kolayır kənd uşaq bağçası əsaslı təmir olunmuş, Qarayeri qəsəbə 1 nömrəli, Ziyadlı, Seyidlər və Yenikənd kənd orta məktəbləri isə əsaslı təmir edilərək yeni avadanlıqlarla birgə müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Hacallı, Qədili və Əli Bayramlı kənd əsas məktəbləri, Seyidlər, Lüksemburq, Lək kənd orta məktəbləri və A.Ağasıbəyli kənd ibtidai məktəbi üçün əlavə sinif otaqları tikilmişdir. Kəsəmən kəndində və Alabaşlı qəsəbəsinin hər birində 100, Tatlı kəndində 150, Kolayır kəndində 340, Əliuşağı, Füzuli kəndlərinin və Qarayeri qəsəbəsinin hər birində 200 yerlik məktəb binaları Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ucaldılıb.
Şəkidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha 2 məktəb tikilir
Əvvəlcə yolumuzu qədim Xan Sarayından bir az aralıda yerləşən şəhər 1 nömrəli orta məktəbə saldıq. lələ uzaqdan məktəbin yeni tikilən binasında qızğın iş getdiyi görünürdü. Üçmərtəbəli, müasir üslubda tikilən yaraşıqlı məktəb binası özünün görünüşü ilə ətraf binalardan seçilirdi. Keçmişdə bəy evi olan köhnə binada yerləşən bu məktəb haqqında direktor Bəkir Xəlilovla söhbət zamanı öyrəndik ki, ikinövbəli işləyən məktəb-də 230 şagird təhsil alır. Bina ikimərtəbəli olsa da, burada tədris şəraiti aşağı səviyyədədir. Ötən il məktəbi )itirən 18 məzundan cəmi 2-si ali məktəbə daxil olub. Onu da qeyd edək ki, görkəmli şairimiz Bəxtiyar Vahabzadə bu məktəbdə oxumuşdur.
Direktorla qısa söhbətdən sonra yenidən tikinti meydançasına gəldik. Məktəbi inşa edən "Kənan tikinti-ticarət şirkəti"nin iş icraçısı Vaqif Məhərrəmov usta və fəhlələrə göstərişlərini verirdi. Onunla söhbət zamanı məlum oldu ki, 240 yerlik məktəb binasında hazırda tamamlama işləri gedir. Binanın dam örtüyü qurtarıb. Otaq və dəhlizlərin döşəmə və tavanlarında işlər başa çatmaq üzrədir. Elektrik və istilik xətləri çəkilib. Qazanxana hazır vəziyyətdədir. Tezliklə rəngləmə işləri-nə başlanacaq. V.Məhərrəmov onu da dedi ki, burada çalışan 50-yə yaxın usta və fəhlələrin hamısı rayon sakinləridir. İş icraçısı ilə birlikdə otaqlara baxdıq. Məktəbin otaq və dəhlizlərində iş getdiyini gördük. İş icraçısı dəhlizə üzlük daş döşəyən bənna Rövşən Əhmədovu göstərib dedi ki, o, gün ərzində 12-15 kvadratmetr sahəyə üzlük daş döşəyir. V.Məhərrəmov suvaqçılardan Mehman Əzizovun, Rüstəm Süleymanovun, bənna Hikmət Pirimovun və başqalarının da işindən razı qaldığını söylədi.
Tikintidə işlərin gedişi ilə tanış olarkən burada çalı şanlar dedilər ki, bu ərazidə son 100 ildə heç bir obyekt tikilməyib. Düzdür, şəhərin bir çox tarixi abidələrinin yerləşdiyi və qoruq adlandırılan bu ərazinin relyefi, eləcə də boş sahələrin olmaması burada tikinti işlərinin aparılmasına imkan vermir. Bununla belə, bir əsrdən sonra ərazidə tikilən ilk obyektin ticarət və ya digər xidmət obyekti yox, məhz məktəb binası olması özlüyündə dərin məna daşıyır və ölkə rəhbərliyi tərəfindən təhsilə göstərilən qayğını bir daha nümayiş etdirir.
Şəhərin Yaramalı adlanan ərazisində inşa edilən 240 yerlik birmərtəbəli məktəb binasının tikinti meydançasına çatanda burada da qızğın iş gedirdi. İş icraçısı V.Məhərrəmov da bizimlə gəldiyindən tikintidə işlərin gedişi haqqında daha ətraflı məlumat almaq imkanımız oldu. O, bildirdi ki, burada da tamamlama işləri gedir. Binanın may ayının 10-da, ulu öndər Heydər Əliyevin ad günündə istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bir çox sinif otaqlarında, dəhlizdə rəngləmə işləri də başa çatmışdı. Hətta bir sinif otağı nümunə olaraq parta və stullarla, yazı lövhəsi ilə təchiz olunmuşdu. Həyətin abadlaşdırılmasına və yaşıllaşdırılmasına da başlanmışdı. Bir sözlə, tikintisi başa çatmaqda olan məktəb binası göz oxşayırdı. Onu da deyək ki, bu ərazidə məktəb olmadığımdan şagirdlər piyada 3 kilometrədək məsafə qət edib 17 nömrəli məktəbə getməli olurlar. Odur ki, yeni dərs ilində bu uşaqların yaxınlıqdakı, müasir görkəmli, hər cür şəraiti olacaq məktəbə gedərkən necə böyük sevinc hissi keçirəcəklərini təsəvvür etmək çətin deyil.
Qədim Şəkidə ucaldılan hər iki məktəbdən xoş təəssüratla ayrıldıq.
Şamil Qurbanov
Azərbaycan müəllimi.- 2007.- 13 aprel.- № 13.- S. 1.