Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri ilə görüşmüşdür


Mayın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Fransa arasında qadın hüquqları, ailə məsələləri, gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycan və Fransa arasında mümkün əməkdaşlıq layihələri müzakirə olundu.


Xalq qəzeti.- 2014.- 13 may.- № 98.- S. 7.