Çap etmək   ⁞     ⁞   Fond haqqında

Dövrümüzün xoşməramlı səfiri

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda qan bankı ilə bağlı simpozium keçiriləcək


Əhalinin sağlamlığı, onun sosial rifahının təmin edilməsi, bütün sahələr kimi, dövlətin diqqətində olan məsələlərdən biridir. Müxtəlif sahələrdə aparılan quruculuq işləri, islahatlar dövlətin inkişafına təsirini göstərməkdədir. Bütün görülən işlərin məntiqi nəticəsi olaraq, artıq Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz nüfuzu ilə seçilir. Dövlətin maraqları nəzərə alınaraq görülən bu işlərdə əsas məqsəd insanların gələcəyini təmin etməkdir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmini də bu istiqamətdə görülən işlərin davamı olaraq həyata keçirilir.

Müstəqil Azərbaycanda ümummilli lider Heydər Əliyev ideyalarının geniş planda həyata keçirilməsi, məhz dövlətimizin imicinin yüksəlməsinə gətirib çıxarıb. Ölkəmizdə Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, eləcə də, Heydər Əliyev ideyalarını yaşadan və Onun adını daşıyan Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda doğuraraq birmənalı qəbul edilir. Əhalinin sosial həyatının dəyişdirilməsi, onun rifahının yüksəldilməsi Heydər Əliyevin bu və digər sahələrdə apardığı siyasətin məntiqi davamı olaraq ortaya çıxır. Mövcud potensial, baza əsasında iş prinsiplərinə uyğun bir şəkildə fəaliyyət dairəsini genişləndirən Fond beynəlxalq miqyaslı layihələrlə xidmət göstərir. Hər bir addımı böyük təntənəyə səbəb olan Fond xüsusilə humanitar missiyada fəaliyyət proqramının həyata keçirməklə bütün yaş həddində olan vətəndaşların qayğı və problemlərin təminatçısına çevrilib. Belə ki, ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin təntənəsi kimi qəbul olunur. Məhz bu görülən işlərin nəticəsidir ki, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva fəaliyyətdə olduğu zaman məsafəsində müxtəlif ölkələrin rəsmi nümayəndələri tərəfindən yüksək titullara - orden və medallara layiq görülür. Artıq demək olar ki, dünyada tanınan və imic qazanan Fond öz humanizmini beynəlxalq aləmə prinsipial olaraq təqdim edir. Mehriban Əliyeva Azərbaycanda əhalilinin sağlamlığının bir növ qoruyucusuna çevrilib, bu sayda missiyaları həyata keçirən Fondun prezidenti Mehriban Əliyeva dünya standartlarına uyğun layihələri ilə zamanın xoşməramlı səfiridir. Fondun əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirdiyi irimiqyaslı proqram layihələri nəticəsini göstərməkdədir. Belə ki, Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi böyrək hemodializ aparatları ilə bir sıra tibb müəssisələrini təmin etmişdir. Tibbi avadanlıqlar Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan humanitar yardımdır. "Fresenius Medical Care" şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın uğuru bahalı hemodializ aparatının hədiyyə olunmasına gətirib çıxarmışdır.

Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlığı çərçivəsində Fonda xeyli tibbi avadanlıq daxil olunmuşdur. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatlar quraşdırılmışdır. Hazırda respublika üzrə 1200 xəstə dövlət tərəfindən hemodializlə təmin olunur.

Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirərək, Fransanın ən güclü əczaçılıq qrupu olan "Servyer" şirkəti ilə birgə diabetli insanın müalicəsini dərmanla təmin etmişdir. Onlardan biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilmiş, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılmışdır. Bu iş davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər.

Fondun dəstəyi ilə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur.

Bu görülən işlərin davamı olaraq Almaniyanın "Karl-Storz" şirkəti Heydər Əliyev Fonduna 160 min avro dəyərində endoskopik avadanlıq bağışlamışdır. Urologiya sahəsində tətbiq olunacaq bu müasir avadanlıq xəstələrə açıq əməliyyat aparılmadan müalicə olunmağa imkan yaradır.

Xatırladaq ki, səhiyyə yönümlü layihələr Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Ölkədə uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər müzakirə edilib, artıq nəticəsi də bəllidir. Belə ki, paytaxtımızda inşa olan Talassemiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün istifadəyə verilən Talassemiya Mərkəzi həmin xəstəliyə düçar olanlar və onların yaxınların ümid yerinə çevrildi. Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş mərkəzi ən müasir avadanlıqla təmin edilmiş və talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail yönəlmişdir. Qeyd edək ki, yaxın gələcəkdə burada talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi də nəzərdə tutulur. Bu isə xəstənin tam sağalması deməkdir. Burada quraşdırılan avadanlıq müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.

Paytaxtımızda yeni müalicə mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələri kimi qiymətləndirilir. Talassemiyadan əziyyət çəkən uşaqlara göstərilən bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

Bu günlərdə Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti, Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz Qan Xəstəlikləri Fondunun rəhbəri Duran Canatan Anadolu agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində həyata keçirdiyi proqramlar çox uğurludur. O talassemiya xəstəliyinə qarşı mübarizədə Heydər Əliyev Fondu ilə əməkdaşlıq edəcəyini bildirmişdir. Bu məqsədlə "Azərbaycanda talassemiyasız həyat" kampaniyası çərçivəsində lazımi hüquqi tədbirlər görüləcək və sentyabr ayından təlim proqramlarına başlanacaqdır. Həyata keçiriləcək tədbirlər nəticəsində 3 il müddətində Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı tamamilə alınacaq və beləliklə, ölkə büdcəsinə 13 milyon manat qənaət olunacaqdır. Qeyd edim ki, həmin layihə əsasında Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Azərbaycanda mütəxəssislərin yetişdirilməsi üçün könüllü həkimlər Bakıya səfər edəcəklər. Noyabr ayında isə Azərbaycanda qan bankı ilə bağlı simpozium keçiriləcəkdir.

Fond tərəfindən ardıcıl olaraq Azərbaycan ərazisində talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə "Donor günü" də keçirilir. Keçirilən qanvermə aksiyasında əhali könüllü olaraq iştirak edir.

Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir.


Nəzakət Ələddinqızı

Səs.- 2010.- 14 avqust.- № 147.- S. 3.