Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda 3 yeni məktəb binası tikilir
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə uyğun olaraq Goranboy rayonunun Qaşaltı-Qaraqoyunlu, Goranlı və Qarqucaq kəndlərinin hər birində 200 yerlik məktəb binaları tikilir. Artıq Qaşaltı-Qaraqoyunlu və Goranlı kəndlərində tikinti işləri başa çatmaq üzrədir.
Rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev demişdir ki, fondun təşəbbüsü ilə keçən il rayonda 3 məktəb binası tikilmiş və təhsil ocaqları lazımi avadanlıqla təchiz edilmişdir.
Respublika.- 2006.- 3 avqust.- № 171.- S. 2.