Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti xanım Mehriban Əliyevaya


Xanım Əliyeva!

2005-ci il 9 yanvar və 11 fevral tarixli məktublarınıza, şifahi ənənələr və musiqi ənənələri üzrə YUNESKO-nun xoşməramlı səfiri kimi mədəni irs sahəsində YUNESKO-nun fəaliyyətinə böyük dəstəyinizə görə sizə təşəkkür edirəm.

Bildiyiniz kimi, muğamın qorunub saxlanılmasına və təbliğinə dair layihə barədə təklif Yaponiya hökumətinin müzakirəsinə və maliyyələşdirməsinə təqdim edilmək üçün indi Azərbaycan Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hazırlanmanın yekun mərhələsindədir. Qeyri-maddi mədəni irsin qorunması və təbliği işinə Sizin necə böyük əhəmiyyət verdiyinizi bilirəm və əminəm ki, YUNESKO həmin layihənin həyata keçirilməsinə yüksək diqqət yetirəcəyinizə ümid edə bilər.

Bundan əlavə, muğamın qorunub saxlanılması işində böyük xidmətlərinizi qeyd edirəm və bu mühüm sahədə ölkənizə töhfənizə görə səmimi təşəkkürümü bildirmək istərdim. Bildiyiniz kimi, bəşəriyyətin şifahi və qeyri-maddi irsinin orijinallarının üzə çıxarılmasına dair proqramın məqsədlərinin başlıca əsası təşkilatımızın üzvü olan ölkələri onların qeyri-maddi mədəni irsin qorunub saxlanılması üçün səylərini gücləndirməyə təşviq etməkdən ibarətdir.

Bununla yanaşı, Fondunuzun 10-cu ildönümü və muğama dair layihənin təqdimatı münasibətilə mərasimdə iştirak barədə dəvətinizi böyük məmnunluqla qəbul edirəm.

Cari həftə Parisdə keçiriləcək görüşümüz zamanı bu və digər məsələlərin müzakirəsini səbirsizliklə gözləyirəm.

Xanım Əliyeva, Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Hörmətlə,
Koiçiro Matsuura
YUNESKO-nun baş direktoru

Paris, 2 mart 2005-ci il


Xalq qəzeti.- 2005.- 5 mart.- № 51.- S. 3