Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Qurban bayramı münasibətilə tədbirlər keçirmişdir


Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Qurban bayramı münasibətilə qardaş ölkənin İzmir və Eskişəhir şəhərlərində azərbaycanlı tələbələrin iştirakı ilə tədbirlər keçirmişdir.

İzmir və Eskişehirdəki Azərbaycan dərnəkləri ilə birgə keçirilmiş tədbirlərdə Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni oxunmuşdur.

Dərnək rəhbərləri öz çıxışlarında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalqımızın milli mənəvi dəyərlərinin qorunması, ölkəmizdə din və vicdan azadlığının təmin olunması sahəsində gördükləri möhtəşəm işlərdən bəhs etmişlər.

Türkiyənin digər şəhərlərində də qurbanlar kəsilmiş, bayram süfrələri açılmışdır.


Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri, İstanbul

Xalq qəzeti.- 2013.- 18 oktyabr.- № 229.- S. 8