XXI əsr Azərbaycan qadınının siyasi obrazını dünyaya təqdim edən xanım
Bilməliyik ki, Azərbaycan qadınının dünyəvi siyasi qadın obrazını, xalqımızın müstəqil tarixində öz tarixi əvəzsiz xidmətləri ilə məhz ilk dəfə olaraq Mehriban xanım Əliyeva yaradıb və dünyaya təqdim edib.
Çoxəsrlik milli dövlətçilik tariximizin XXI əsr dövrü bütün sahələrdə olduğu kimi, qadın siyasətçiləri, humanist, xeyirxahlıq, ümumbəşəri dəyərləri özündə cəmləşdirən qadın siyasətçiləri - o cümlədən Azərbaycan qadınının siyasi obrazını tam şəkildə formalaşdıraraq dünyaya təqdim edən və tanıdan Mehriban xanım Əliyevanı yetirib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımız və dövlətimiz, eyni zamanda dünya xalqları qarşısında xidmətləri əvəzsizdir. O, XXI əsr Azərbaycan dövlətçiliyi və eyni zamanda dünya xalqlarının, bəşəriyyətin tarixinə öz siyasi təfəkkür tərzinə, diplomatik qabiliyyətinə, humanizm, mərhəmət, sülhsevərlik, qarşılıqlı hörmət, dövlətimizin ümumbəşəri dəyərlərə söykənən ali siyasi kursunu ölkəmizdə və dünya miqyasında düşünülmüş, məqsədyönlü, beynəlmiləl fəaliyyət göstərmək bacarığı ilə daha da yüksəldib. Bu gün ölkəmizdə uşaqlara kimsəsizlərə, xəstə və əlillərə, gənclərə, elmə, təhsilə, səhiyyə, mədəniyyət, idman və digər sahələrə diqqət və qayğısı sahəsində respublikamız dünya səviyyəsində daha yüksək yerdə dayanır. Məhz Mehriban xanımın tarixi əvəzsiz xidmətlərinin nəticəsidir ki, Heydər Əliyev siyasətinin ən mühüm tərkib hissəsi olan, ulu öndərin hələ 1960-cı illərdən daim diqqət mərkəzində saxladığı ədəbiyyatımız - şair və yazıçılarımızın əsərlərinin, onların yaradıcılıqlarının daim qiymətləndirilməsi sahəsindəki əvəzsiz irsinin davamı olaraq onların yaradıcılığının, yubileylərinin dünya miqyasında - YUNESKO səviyyəsində qeyd edilməsi həyata keçirilir. Və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.
Mir Cəlalın 100 illik yubileyinin, ayrı-ayrı şair və yazıçıların, incəsənət xadimlərimizin yubileylərinin, incəsənət xadimlərimizin yubileylərinin YUNESKO səviyyəsində qeyd edilməsi və eyni zamanda tarixi abidələrimizin beynəlxalq aləmdə tanınması və geniş surətdə təbliğ olunması, xalqımızın tarixi keçmişinə, bu gününə, gələcəyinə göstərdiyi əvəzsiz xidmətlərin təzahürüdür, göstəricisidir. Muğamımızın, musiqimizin, aşıq sənətinin inkişaf etdirilməsində və dünyada tanınmasında, dünya mədəniyyətinə qovuşmasında Mehriban xanımın xidmətləri əvəzsizdir.
Mehriban xanım YUNESKO-nun xoşməramlı səfiri olaraq incəsənətimizin, mədəniyyətimizin, musiqimizin təbliği ilə yanaşı, dünyada sülhün, əmin-amanlığın, insan hüquq və azadlıqlarının qoruyucusu və müdafiəçisi kimi də çoxsaylı çıxışlar edir. Beynəlxalq tədbirlərdə, xarici ölkələrə səfərləri zamanı, İSESKO və YUNESKO-nun yüksək tribunasından etdiyi çıxışlarda regionlar və qlobal məsələlərdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru, soyqırımı haqqında, həmçinin beynəlxalq cinayət hadisəsi - Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması barədə geniş tədbirlər həyata keçirir və çıxışlar edir. Məhz bu təbliğatın nəticəsidir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dünyanın yüzdən çox ölkəsində Xocalı soyqırımı qeyd olunub. Dünya ictimaiyyətinə əyani vəsaitlərin, faktların, sübutların dili ilə bəşər tarixində görünməmiş dərəcədə ermənilərin törətdiyi Xocalı soyqırımı barədə geniş bilgilər verilib. Xocalı soyqırımının tanınması istiqamətində böyük işlər görüb və bu gün də bu işi davam etdirir.
Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik prinsipi üzərində qurulmuş, Heydər Əliyev siyasətinin ən mühüm tərkib hissəsi olan elm, təhsil, mədəniyyət, səhiyyə, uşaqlara diqqət və qayğı, Azərbaycanın dövlət maraqlarını hər şeydən yüksəkdə tutmaq, ölkəmizi, onun zəngin mədəni-mənəvi irsini araşdırmaq, təbliğ etmək və dünyaya tanıtmaq, dünya mədəni irsinə qovuşdurmaq və çoxəsrlik dövlətçilik, mənəvi irsə malik olmasını, qədim folklora, ədəbiyyata, incəsənətə, muğam və aşıq sənətinə malik olmasını, Azərbaycanın XX əsrin sonları, XXI əsrin əvvəllərində məruz qaldığı erməni işğalı, soyqırımı və sairə istiqamətlərdəki fəaliyyəti sahəsindəki xidmətlərini saymaqla qurtarmaq olmaz.
Bu tarixi əvəzsiz xidmətlərə, Heydər Əliyev siyasi kursunun dünyəviləşməsinə dünya ölkələrinin və xalqlarının, dövlət və hökumət rəhbərlərinin verdikləri yüksək qiymətin nəticəsidir ki. Fransa kimi nüfuzlu bir dövlətin prezidenti Nikola Sarkozi Mehriban xanımı ölkənin ən ali mükafatları sırasında öncül yerdə olan "Şərəf legionu" ordeni ilə təltif edib.
Bu və digər təltiflər, mükafatlar bir daha təsdiq edir ki, Mehriban Əliyeva Heydər Əliyev siyasi kursu əsasında XXI əsrin ən nüfuzlu dünyəvi qadın siyasətçisi olaraq diplomatiya, humanizm, insan hüquq və azadlıqlarının qorunub müdafiə olunması, işğala, terrora, soyqırımına qarşı mübarizə sahəsində milli-mənəvi dəyərlərin qorunması, təbliğ olunması sahəsində böyük uğurlar əldə edib. Dövlətlərarası münasibətlərin daha da möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərib.
Bilməliyik ki, Azərbaycan qadınının dünyəvi siyasi qadın obrazını, xalqımızın müstəqil tarixində öz tarixi əvəzsiz xidmətləri ilə məhz ilk dəfə olaraq tariximizin XXI əslinin ilk onilliklərində Mehriban xanım Əliyeva yaradıb və dünyaya təqdim edib.
Dəmir Qurbanlı
Azad Azərbaycan.- 2011.- 4 fevral.- № 16.- S. 4.