Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva “Siyasət” jurnalının “2004-cü ilin birinci xanımı” mükafatına layiq görülmüşdür


Türkiyənin nüfuzlu "Siyasət" jurnalının idarə heyəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "2004-cü ilin birinci xanımı" mükafatının verilməsini qərara almışdır.

Nəşrin idarə heyətinin sədri, tanınmış jurnalist, ictimai xadim və iş adamı xanım Gül Kılıcaslanın səfirliyə göndərdiyi məktubda vurğulanır ki, Mehriban xanım Əliyeva "Siyasət" jurnalının təsis olunmasının on birinci ili ilə əlaqədar keçirilmiş rəy sorğusunun nəticələri əsasında və Azərbaycan - Türkiyə əməkdaşlığı və qardaşlığının inkişafı, milli-mədəni dəyərlərin qorunması, qadınların, kimsəsiz uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması, Azərbaycanda və beynəlxalq miqyasda onların problemlərinə diqqət yetirilməsi sahəsində səylərinə görə bu mükafata layiq görülmüşdür.


Xalq qəzeti.- 2005.- 30 mart.- № 70.- S. 2.