Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlaxda yeni məktəblər inşa edilir
Heydər ƏliyevFondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçi-vəsində Yevlax rayonunun Yuxarı Bucaq və Balçılı kəndlərində yeni məktəb binalarının inşasına baş-lanmışdır.
Rayon təhsil şöbəsinin müdiri Zərifə Məmmədova AzərTAc-ın müxbirinə bidirmişdir ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəmərli kəndində 100 yerlik, Hacıselli kəndində 200 yerlik yeni məktəb binaları inşa edilmişdir.
"Uşaqların xilası" beynəlxalq təşkilatının maliyyə vəsaiti hesabına Düzdaq kərdində tikilmiş məktəb binası istifadəyə verilmiş, 5 məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Xalq qəzeti.- 2006.- 7 iyun.- № 125.- S. 5.