Çap etmək   ⁞     ⁞   Fond haqqında

Türk dünyasının dostluq elçisi

Heydər Əliyev Fondu qısa müddət ərzində qarşısına qoyduğu əsas məqsədlərə nail oldu


Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya Türkiyənin nüfuzlu "Kanal-7" telekanalı və beynəlxalq "Forst-Bisnes" jurnalının "Zirvədəkilər-2005" mükafatına layiq görülməsi, bir daha təsdiqləyir ki, YUNESKO-nun xoşməramlı səfirinin fəaliyyəti ölkə xaricində də diqqətlə izlənilir. Qeyd edək ki, mükafat millət vəkili Mehriban Əliyevaya "Türk dünyasının ilkin sevgi və dostluq elçisi" nominasiyası üzrə verilib.

Onu da qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və bütün türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində yeni bir nəşr - "Heydər Əliyev Fondu" kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın giriş sözü ilə açılır və burada vurğulanır ki, ictimai təşkilat olan Fond qarşısına qoyduğu məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli bir qurumdur. Fondun fəaliyyətə başlamasının bir illiyi münasibətilə buraxılmış kitab bir neçə bölmədən ibarətdir. "Vətənə, xalqa həsr edilən ömür" adlanan birinci bölmədə dünya şöhrətli siyasi xadimin həyat və fəa-liyyətindən, respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində gördüyü misilsiz işlərdən yığcam şəkildə söhbət açılır.

Sonrakı bölmələrdə Heydər Əliyev Fondunun məqsədlərindən, fəaliyyətə başladığı vaxtdan ötən bir ildə həyata keçirdiyi layihələrdən bəhs olunur. "Xatirə kitabını vərəqləyərkən..." adlanan sonuncu bölmədə Fondu ziyarət etmiş dövlət və hökumət başçılarının, dünyada tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin bir qisminin təəssüratları verilmişdir. Onu da qeyd edək ki, xatirə kitabına ilk sözləri 2004-cü il mayın 10-da, Fondun açılışı günü Azərbaycan Prezidenti İlham Əliyev yazmışdır. Xatirə kitabındakı ürək sözlərində bir ümumi fikir vurğulanır ki, Heydər Əliyev öz ölkəsi və xalqı üçün müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyətdir və onun xatirəsi, ideyaları əbədi yaşamalı, bu sahədə Fondun özü də mühüm rol oynamalıdır. Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş kitabda zəngin fotoşəkillər verilmişdir. Təbii ki, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Etiraf edək ki, Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır.

Fondun fəaliyyəti çoxşaxəlidir, təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər-bütün bu sahələrdə Heydər Əliyev Fondu tərəfindən çoxşaxəli proqramlar hazırlanaraq uğurla həyata keçirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışır.

Məsələn, ilk baxışdan, bəlkə də, diabetli və talassemiyalı uşaqlara qayğı ilə "Qarabağ xanəndələri" layihəsi arasında elə bir rabitə yoxdur. Amma bu iki ciddi layihə arasında onları bir-birinə bağlayan mərkəzi bir xətt var. Bu da Azərbaycanın milli genefondunun prioritetə çevrilməsidir. Doğrudan da, istər "Yeniləşən Azərbaycana yeni məktəb", istərsə də tikilən və ya bərpa edilən uşaq evləri, internat məktəbləri, istərsə də mədəni irsimizin təbliği üçün həyata keçirilən irimiqyaslı layihələr, məhz "Heydər Əliyev Fondu" tərəfindən milli genefondumuzun qorunub saxlanılması kimi ülvi bir məqsədə qulluq edir.

Heydər Əliyev Fondunun istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsilin mühüm yer tutması isə qətiyyən təsadüfi deyil. "Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacağını" böyük inamla vurğulamış ümummilli lider Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Fond rəhbərliyi təhsilə xüsusi diqqət yetirir. Məlumdur ki, təhsil və elm hər bir xalqın inkişafını təmin edən əsas amildir. "Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır"- söyləyən ümummilli liderimiz Heydər Əliyev digər sahələrdə olduğu kimi, elmin və təhsilin də inkişafında da əvəzsiz xidmətlər göstərib. Ölkəyə başçılıq etdiyi 35 il ərzində ümummilli lider

Heydər Əliyevin bu sahəyə qayğısı adi orta məktəb sinfinin birinə baş çəkməkdən, dərslikləri vərəqləyib məzmunu ilə tanış olmaqdan başlayaraq, təhsilin inkişafını təmin edən qanunvericilik bazasının yaradılma-sına kimi gəlib çatır. Azərbaycanda xalqın maariflənməsi, ali təhsil ocaqlarının yaradılması, xalqın təhsilə cəlb olunması, elmi-tədqiqat institutlarının formalaşdırılması-bütün bunlar XX əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə elmin və təhsilin sürətli inkişafını təmin edib.

Bu gün inamla demək olar ki, xalqımızı müstəqil inkişaf yoluna uğurla irəliyə aparan ulu öndərin siyasi varisi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ümummilli lider Heydər Əliyev ənənələrinin varisliyini təmin edir. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli sərəncamı ilə qüvvəyə minmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda təhsil sahəsində islahatların aparılması, ölkədə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, ali və orta məktəblərin müasir informasiya texnologiyaları ilə təmin edilməsi sahə-sində fundamental istiqamətlər müəyyən edilmişdir.

Fərəhli haldırki, Heydər Əliyev . Fondunun təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd də, məhz Azər-baycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəltməkdir. Bu məqsədə çatmaq üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının vacibliyini yük-sək qiymətləndirən "Heydər Əliyev Fondu" artıq bu yöndə konkret addımlar atmaqdadır. Qısa vaxt ərzində 126 yeni məktəb tikilməsi dövlət müstəqilliyinə cəmi 15 il əvvəl qovu-şan, müharibə vəziyyətində olan, iqtisadiyyatı təzəcə inkişaf etməyə başlayan istənilən ölkə üçün fövqəladə göstərici sayıla bilər. Misal üçün, qeyd edək ki, sovet dövrünün rekordu ildə 110 məktəb olub və həmin məktəblərin əksəriyyəti, məhz şəhərlərdə tikilib.

Fərəhli haldır ki, Heydər Əliyev Fondunun keçirdiyi aksiyalar təkcə ölkəmizdə deyil, eləcə də onun hü-dudlarından kənarda da çox yüksək qiymətləndirilir. Belə ki, Fondun birbaşa təşəbbüsü ilə Rusiyanın pay-taxtı Moskva şəhərində ifaçıların Pyotr Çaykovski adına beynəlxalq müsabiqəsi keçirilmişdir. Dörd ildən bir təşkil olunan bu mötəbər musiqi yarışında, ilk dəfə olaraq Azərbaycan violino ifaçısı da iştirak etmək hüququ qazanmışdır. Azərbaycanlı gənc musiqiçilərin dünyada ən sanballı müsabiqələrdən birində iştirak etmək üçün müsabiqəqabağı seçmə mərhələsindən uğurla çıxması fondun rəhbərliyi tərəfindən müsbət qarşılandı və müstəqil Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Çaykovski adına müsabiqədə dalğalandı.

Heydər Əliyev Fondu milli mədəni irsimizi, tarixi keçmişi araşdırıb yeni-yeni faktları aşkara çıxaran elm adamlarına da daim dəstək olur. Elə bu amalın nəticəsi kimi, tanınmış elm xadimi, professor Səadət Abdullaye-vanın "Azərbaycan xalq çalğı alətləri" kitabı Fondun maliyyə yardımı nəticəsində işıq üzü görüb. Fondun tə-şəbbüsü ilə gənc rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil olunub. İngiltərənin Çelsi Rəssamlıq Universitetində təhsil alan həmyerlimizin Bakıda ilk dəfə olaraq əsərlərini nümayiş etdirdi. Bu kimi faktlar bir daha Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə təmənnasız diqqət və qayğısının bariz nümunəsidir.

Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatı-mıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi. Belə ki, ilkin nəticələr-dən biri "Qarabağ xanəndələri" adlı albomun nəfis tərtibatda buraxılmasıdır. Həmçinin, Fond rəhbərliyinin tə-şəbbüsü ilə "Qarabağ" kitabının çapa hazırlanması da Azərbaycanın, Qara-bağın tarixi keçmişinin öyrənilməsi-nə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkir. Digər bir layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin CD və DVD -də buraxılmasını əhatə edir.

Heydər Əliyev Fondunun bütün bu layihələri milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğaladaraq olduqca maraqlı və rəngarəng forma alıb. Nəzərəçarpan haldır ki, Fond hansısa ayrıca götürülmüs sahənin inkişafı naminə fəaliyyət göstərmir. Heydər Əliyev Fondu xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdə tanınmasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir. Bütün bunların mərkəzində isə, şübhəsiz ki, ilk növbədə xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur.

Təbii ki, bütün bunlar ümummilli liderin adını daşıyan və onun özü ki-mi əzəmətli olan amallara xidmət edən Heydər Əliyev Fondunun fəlsəfəsinin yalnız bir ideya və amala söykəndiyini təsdliqləyir: yaxşılıq!


Z. Tağıyev

Səs.- 2006.- 18 may.- № 89.- S. 5.