Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu hesabına Cəlilabadda 4 yeni orta məktəb binası tikilir


Cəlilabad rayonunun Bəcirəvan, Kövüzbulaq kəndlərində 240, Cəlayır və Çünzəli kəndlərinin hər birində isə 140 şagirdlik məktəb binaları inşa edilir. Hazırda məktəb tikintisində qızğın iş gedir. Yeni məktəbləri "Azərsənayetikinti" SC inşa edir. Bu təhsil ocaqlarının layihələrini "Azərdovlətlayihə" İnstitutu hazırlamışdır. Heydər Əliyev Fondu hesabına tikilən məktəb binalarında 100 nəfərə yaxın yerli işçi çalışır. Geniş, işıqlı sinif otaqları olan məktəblərdə istilik məsələsi də unudulmamışdır. Layihəyə əsasən, hər sinif otağındakı divarlarda odun, daş kömür və təbii qazla qıza biləcək xüsusi sobalar nəzərdə tutulmuşdur. Təhsil ocaqları eyni zamanda şagird partaları, yazı lövhələri və digər lazımi avadanlıqla təchiz ediləcəkdir. Yeni dərs ili başlayanadək məktəblər öz qapılarını şagird və müəllimlərin üzünə açacaqdır.


S. Cavadov

Azərbaycan.- 2005.- 25 avqust.- № 196.- S. 5.