Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

YUNESKO-nun xoşməramlı səfiri, Respublika Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Azərbaycan Paralimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş fotosərgiyə baxmışdır


YUNESKO-nun xoşməramlı səfiri, Respublika Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva oktyabrın 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin foyesində açılmış və Azərbaycan Paralimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olmuşdur.

Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Mehriban xanıma məlumat verərək dedi ki, Komitənin yaradılmasının 10 illiyi ilə bağlı bu sərgidən əlavə, bir sıra digər tədbirlər - kitab və jurnal buraxılması, film çəkilməsi də nəzərdə tutulmuşdur.

O bildirdi ki, ekspozisiyada AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun təxminən 140 işi toplanmışdır. Fotomüxbir Afinada keçirilən son Paralimpiya Oyunlarında idmançılarımızın çıxışlarını da lentə almışdır.

Fotoşəkillərlə tanış olan Mehriban xanım Əliyeva belə gözəl ekspozisiyanın təşkilinə görə minnətdarlığını bildirdi, Paralimpiya Komitəsinin rəhbərliyi və idmançılarla xatirə şəkli çəkdirdi.


Xalq qəzeti.- 2005.- 4 oktyabr.- № 230.- S. 4.