Heydər Əliyev Fondunun vəsaiti hesabına 126 məktəb tikilir
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, respublikanın kəndlərində məktəb binalarının tikintisi geniş vüsət almışdır. Fondun vəsaiti hesabına inşa olunan 126 məktəb yeni dərs ilinədək istifadəyə veriləcəkdir.
Dövlət Tikinti və Arxitektura Komitəsindən AzərTAc-a bildirmişlər ki, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə kənd yerlərində 100, 200 və 240 yerlik məktəblərin tikintisini müvafiq inşaat qurumları "Azərdövlətlayihə", "Azəraqrarsukanallayihə", "Azərkommunalayihə", "Azərinşaatlayihə","Azərdövlətsənayelayihə" institutlarının və lisenziyalı "Təmirçi" firmasının layihələri əsasında həyata keçirirlər.
Komitənin mütəxəssisləri binaların tikintisinə nəzarət edirlər.
Xalq qəzeti.- 2005.- 16 iyul.- № 162.- S. 5.