Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Litva prezidentinin xanımı Alma Adamkiene ilə görüşmüşdür


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də Vilnüsdə Prezident sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə Litva Prezidentinin xanımı Alma Adamkienenin görüşü olmuşdur. Görüş başa çatandan sonra Mehriban xanım Əliyeva və xanım Alma Adamkiene Çürlönis adına milli incəsənət məktəbinə gəldilər. Mehriban xanım tədris prosesinin gedişi ilə tanış oldu, ona bu məktəbin tarixi və fəaliyyəti barədə məlumat verildi.

Mehriban xanım Əliyeva məktəbin şagirdlərinin ifasında musiqi nömrələrini dinlədi.

Azərbaycan Prezidentinin xanımı məktəbdə fəaliyyət göstərən muzeylə də tanış oldu, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Həmin gün Litva Prezidentinin xanımı Alma Adamkienenin adından Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın şərəfinə nahar verildi.


AzərTAc
2007, 13 sentyabr