Yardımlıda yeni məktəb
Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndiriiməsinə, gənc nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirilir.
Keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə daxili imkanlar hesabına rayonda 24 yeni məktəb binası tikilmiş, 8 məktəb əsaslı təmir edilərək inventar və avadanlıqlarla, kompüter dəsti ilə təchiz olunmuşdur.
Yay mövsümündə rayonun qəsəbə və kəndlərin-də yeni tədris ocaqlarının tikintisi xeyli sürətlənmişdir. Qəsəbədə 300 şagird yerlik orta məktəb, Telavar kəndində 240 yerlik, Dəlləkli kəndində 200 yerlik məktəb binaları Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunur. Bozayran kəndində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 260 yerlik məktəb binası ucaldılır. Bir neçə məktəb binası əsaslı təmir olunur.
Gərsəva, Arvana, Keçələkəran, Vərov, Arus kəndlərində tikilən məktəb binaları yeni dərs ilində şagirdlərin ixtiyarına veriləcəkdir.
Təhsil ocaqlarının müasir avadanlıqlarla, tədris vasitələri ilə təchiz edilməsi nəzərdə tutulmuşdur. Məktəblərdə tarix, kimya, biologiya, xarici dil, sinif müəllimlərinə ehtiyac vardır. Ucqar dağ rayonunda işləyən gənc müəllimlərə əlavə vəsait veriləcək və onlara lazımi qayğı göstəriləcəkdir.
Əlisəfa Həsənov
Respublika.- 2006.- 14 iyul.- № 154.- S. 8.