Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondundan hədiyyələr


Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzun Bozalqanlı kənd orta məktəbində rayonun təhsil işçiləri, ali məktəblərə qəbul olan tələbələr və təhsildə fərqlənən yuxarı sinif şagirdləri, habelə bu il birinci sinfə gedəcək uşaqlarla görüşmüşdür. Deputat rayonun sərhəd kəndlərindən bu il birinci sinfə gedəcək uşaqlara Heydər Əliyev Fondunun hədiyyələrini — məktəb ləvazimatını paylamış, ali məktəblərə ən yüksək balla qəbul olunan 10 tovuzlu tələbəyə təqaüd almaq üçün plastik kart təqdim etmişdir. Milli Məclisin deputatı Tovuzun pedoqoji ictimaiyyətinə, məktəblilərə təhsildə yeni uğurlar arzulamışdır.

Görüşdə təhsil sahəsində problemlərin həlli yolları müzakirə olunmuş, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışılmışdır.


Xalq qəzeti.- 2006.- 13 sentyabr.- № 207.- S. 4.