Bakıda “Dan ulduzu” beynəlxalq uşaq yaradıcılığı festivalı keçiriləcəkdir
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-12-də Bakıda “Dan” Beynəlxalq ictimai birliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, idman və gənclər, mədəniyyət və turizm, təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinin dəstəyi ilə “Dan ulduzu” V beynəlxalq uşaq yaradıcılığı festivalı keçiriləcəkdir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrlik etdiyi festivalın qəyyumluq şurasının himayəsi altında keçiriləcək tədbirdə 300-dən çox uşaq (7 ölkədən 23 nümayəndə heyəti) iştirak edəcəkdir.
Təşkilatçıların fikrincə, festival uşaq yaradıcılığının inkişafına, böyüməkdə olan nəslin milli mədəniyyətə, adət-ənənələrə hörmətlə yanaşmasına kömək göstərəcəkdir.