Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakıdakı xüsusi internat məktəblərdə olmuşdur
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 3-də Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evinə getmişdir. Onu burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Uşaq evinin direktoru İradə Musayeva məlumat verdi ki, hazırda 73 uşağın olduğu, müasir tibbi ləvazimatlarla təchiz edilmiş bu müəssisənin binasının təmiri üçün Bakı Baş Səhiyyə İdarəsi vaxtaşırı kömək edir. Heç bir ciddi problem yoxdur, bəzi çətinliklər var, bunlar da 11 ay ərzində büdcədən ayrılan vəsait hesabına aradan qaldırılacaqdır.
Fondun prezidenti uşaq evində yaradılmış şəraitlə, balacaların əl işləri ilə tanış oldu, müayinə və müalicə prosesi, uşaqlara verilən yeməklərin keyfiyyəti ilə maraqlandı.
Xalq qəzeti.- 2005.- 4 fevral.- № 26.- S. 3.