"Gimnastlarımızın dünya çempionatına hazırlığını yüksək qiymətləndirirəm"
Komandamız son məşqləri Bakı Olimpiya Kompleksində keçir
Xəbər verdiyimiz kimi, sentyabr ayının 7-13-də Yaponiyanın Miye şəhərində bədii gimnastika üzrə növbəti dünya çempionatı təşkil olunacaq. Dünya çempionatında ölkəmizin idman şərəfini fərdi növlərdə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı, Samirə Mustafayeva, qrup hərəkətlərində isə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Stefani Trayanovadan ibarət komanda qoruyacaq. Hәm fərdi, həm də yığma komanda mötəbər yarışa hazırlıq məqsədilə bir neçə xarici ölkədə təlim-məşq toplanışlarında olub. Hazırda fərdi növlərdə mübarizə aparan gimnastlarımız dünya çempionatına son hazırlığı Yaponiyanın Tokio şəhərində keçirir. Qrup hәгəkətləri üzrə yığma komandamız isə Bakı Olimpiya Kompleksində məşqlərini davam etdirir. Təlim-məşqlərə sentyabrın 8-də yekun vurulacaq. Gimnastlarımızın dünya çempionatına hazırlığı barədə ətraflı məlumat almaq üçün bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasilyeva ilə görüşdük. Baş məşqçi təmsilçilərimizin dünya çempionatı ərəfəsində çıxış etdikləri yarışlar, keçirilən təlim-məşqlər və son hazırlıq barədə bizə ətraflı məlumat verdi.
- Qrup yığmamızın dünya çempionatına hazırlığı necə gedir?
Mötəbər yarışa əvvəlcədən müəyyənləşdirilmiş plan əsasında hazırlaşırıq. Məlumat üçün bildirim ki, buna qədər komandamız dünya kubokunun mərhələ yarışları və bir neçə beynəlxalq turnirdə bacarığını nümayiş etdirib. Gimnastlarımız İtaliyanın Pesaro şəhərində keçirilmiş Dünya kubokunun mərhələ yarışında 3 lent/2 ipli hərəkətlərdə çıxışa görə (23,7 xal) beşinci, ikinövçülükdə isə altıncı (44,625 xal) nəticəni göstərmişdi. İyun ayında Hollandiyanın paytaxtı Amsterdam şəhərində bədii gimnastika üzrə beynəlxalq "Amsterdam Masters " turnirində gimnastlarımız yüksək səviyyədə çıxış edərək üç dəfə (çoxnövçülük, 5 ip, 3 lent/2 ip) fəxri kürsünün birinci pilləsində yer alıb. Qrup yığmamız çoxnövçülük üzrə yarışlarda da qızıl medala sahib çıxdı. Avqust ayının əvvəlində Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışında qrup hərəkəti üzrə yığma komandamız çoxnövçülük yarışlarında 50,30 xalla ikinci nəticəni göstərdi. Komandamızın ауrı-аyrı növlər üzrə keçirilən final yarışlarında da çıxışı uğurlu alındı. Gimnastlarımız 5 halqa (24,55 xal) və 3 lent/2 iplə hərəkətlərin icrasına görə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı. Bugünlərdə Belarusun paytaxtı Minskdə keçirilən Dünya kubokunun mərhələ yarışlarında 5 halqa ilə hərəkətlərin finalında 25,7 xalla beşinci olduq. Qrup yığmamız 3 lent/2 iple səkkizinci (24,15 xal) yeri tutdu. Komanda-mız çoxnövçülük yarışlarının yekununa görə 19 yığma arasında yeddinci yerlə kifayətləndi. Qeyd edim ki, Minskdə təşkil olunan mərhələ yarışında dünya çempionatında çıxış edəcək komandalar iştirak edirdi. Komanda üzvlərinin bu yarışlarda əldə etdikləri nəticəni yüksək qiymətləndirirəm. Amma bununla kifayətlənməməliyik. Dünya çempionatına çox az vaxt qalır. Biz məşqlərimizi daha da gücləndirməliyik. Hazırda komandanın üzvləri Bakı Olimpiya Kompleksində hər gün bir neçə saat məşq keçir. Sentyabr ayının 8-də məşqlərə yekun vurulacaq. Qeyd edim ki, qrup yığmamızın dünya çempionatına hazırlığında yığma komandanın məşqçiləri Yasena Kuyumciyeva, Natalya Bulanova və Leyla Qəmbərova yaxından kömək edir.
- Fərdi növlərdə qüvvəsini sınayacaq gimnastların hazırlığından necə, razısınızmı?
- Dünya çempionatında fərdi növlərdə Azərbaycanı təmsil edəcək gimnastların hər biri öz şəxsi məşqçisinin rəhbərliyi altında məşqlərini davam etdirirlər. Gimnastların hər biri yeni proqramla çıxış edəcək. Onlar bu proqram üzərində məsuliyyətli işləyirlər. Gimnastlarımızın dünya çempionatına hazırlığını yüksək qiymətləndirirəm. Qızlarımız dünya çempionatı ərəfəsində Tayvanda təşkil olunan VIII Ümumdünya Oyunları, Kiyevdə və Minskdə keçirilən Dünya kubokunun mərhələ yarışları və bir neçə beynəlxalq turnirlərdə iştirak edərək mükafata layiq yerlər tutublar. Yeri gəlmişkən, qeyd edim ki, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva hazırda Yaponiyanın Tokio şəhərindədirlər. Gimnastlarımız burada son təlim-məşqlər keçirlər. Buna qədər təmsilçilərimiz Rusiya gimnastları ilə birgə bir neçə təlim-məşq toplanışında iştirak ediblər. 2007-ci ildə Yunanıstanda keçirilən dünya çempionatında Dinarə Gimatova, Aliyə Qarayeva və Anna Qurbanovadan ibarət yığmamız komanda hesabında bürünc medal qazanmışdı. İnanıram ki, gimnastlarımız növbəti dünya çempionatında da uğurla çıxış edərək mükafatçılar sırasında yer alacaqlar.
- Qrup yığmamız dünya çempionatına hazırlıqla bağlı Bolqarıstanda ay yarım təlim-məşq toplanışında olub. Məşqlərdə əsas diqqət пәуә yönəlmişdi?
- Bildiyiniz kimi, komandamız mötəbər yarışa hazırlıq məqsədilə əvvəlcə Bolqarıstanın paytaxtı Sofiyada məşhur "Levski" klubunda təlim-məşq keçdi. Sonra gimnastlarımız Burqas şəhərinin "Mladost" zalında təşkil olunan məşqlərdə iştirak etdi. Təlim-məşqlər çox uğurlu keçdi. Məşqlərin gimnastlarımızın təcrübə əldə etmələri baxımından böyük əhəmiyyəti oldu. Düzdür, qızlarımız çıxışları zamanı bezi səhvlərə yol verdilər. Telim-məşqlərdə əsas diqqət həmin səhvlərin növbəti yarışlarda bir daha təkrarlanmamasına yönəldilmişdi.
- Dünya çempionatına bir пеçә gün qalır. Komandamızın üzvləri yarışa psixoloji сәhətdәn hazırdırlarmı?
- Komanda üzvləri arasında psixoloji hazırlığın səviyyəsi müxtəlifdir. Yığmada müxtəlif yaş qrupları üzrə gimnastlar mübarizə aparır. Bundan başqa, onlar təcrübə baxımından da biri-birindən fərqlənirlər. Ümumilikdə götürdükdə, qrup komandamızın üzvlərinin psixoloji hazırlığını normal qiymətləndirirəm.
- Qrup komandamız proqramlarını hansı musiqinin sədalan altında icra edəcəklər?
- Bilirsiniz ki, bədii gimnastikada musiqi əsas rol oynayır. Gimnastlarımız halqalarla hərəkətləri xorvatiyalı bəstəkar Maksim Mrvitsanın, lent və iplərlə hərəkətləri isə Covanni Morandinin əsərinin sədalan altında icra edəcəklər. Musiqini komanda üçün mən seçmişəm. Bu seçim komanda üzvləri tərəfindən bəyənildi. Düşünürəm ki, qrup yığmamızın dünya çempionatındakı çıxışı gimnastika sevərlər tərəfindən rəğbətlə qarşılanacaq. Qeyd edim ki, gimnastlarımız çempionatda yeni geyimdə bacarıqlarını nümayiş etdirəcəklər.
- Dünya çempionatında mübarizə aparacaq rəqiblərimiz barəsində nə deyə bilərsiniz?
- Mötəbər yarışda bizim əsas rəqiblərimiz dünya reytinqində ilk onluqda yer alan komandalar olacaq. Çempionatda 19 komanda mübarizə aparacaq. Rusiya, Belarus, Ukrayna, Bolqarıstan, İtaliya, Yaponiya, İsrail, Almaniya yığmaları həmişəki kimi güclü yığmalardır. Azərbaycanın qrup komandası da rəqib komandalarla bərabər səviyyədədir. Düşünürəm ki, təmsilçilərimiz bu yarışda bütün bacarıqlarını nümayiş etdirərək yüksək nailiyyət qazanacaqlar.
- Dünya çempionatında qrup komandamızdan hansı nəticəni gözləyirsiniz?
- Əvvəlki turnirlərdə komandamızın çıxışını və son telim-məşqləri nəzərə alsaq, deyə bilərəm ki, dünya çempionatında yığmamız ilk səkkizlikdə yer ala bilər. Hesab edirəm ki, bu, komandamız üçün böyük nəticə olacaq. İndiyə qədər qrup yığmamız iki dəfə dünya çempionatında mübarizə aparıb. Təmsilçilərimiz birinci dəfə 2005-ci ildə Bakıda təşkil olunan XXVII dünya çempionatında qüvvəsini sınamışdı. Yarışda yığmamız lentlə hərəkətlərin final mərhələsində 10,650 xalla səkkizinci yerdə qərarlaşmışdı. 2007-ci il-də Yunanıstanın Patras şəhərində təşkil olunan növbəti dünya çempionatında qrup yığmamız 30 xalla ilk onluqda yer alaraq, həm də Pekin Olimpiadasına lisenziyanı təmin etmişdi. Pekin - 2008-də isə təmsilçilərimiz yeddinci nəticəni göstərmişdi.
Esmira Orucova
Olimpiya dünyası.- 2009.- 28-31 avqust.- № 60.- S .2.